Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqları şəkərdən qorumaq üçün nə etməliyik? - Məsləhətlər

  • 2021.05.19 11:15
  • 2188 Baxış
Uşaqları şəkərdən qorumaq üçün nə etməliyik? -  Məsləhətlər
Bütün dünyada olduğu kimi ölkəmizdə də şəkər istifadəsi və buna bağlı olan diabet, artıq çəki, ürək və xərçəng kimi xəstəliklər artmaqdadır.

Medicina.az xəbər verir ki, professor Özgür Güncan uşaqlarda artıq şəkər istifadəsinin zərərlərindən danışıb:

“Çox şəkər istifadəsi uşaqların dad duyğusuna təsir edir”

“Kiçik yaşlardan etibarən yüksək miqdarda şəkərli qidalanmaq dad duyğusuna təsir edər. Buna öyrəşən uşaqlar sonradan daha çox bu cür qidalar yemək istəyər. Çünki dad duyğuları artıq bu dadı normal olaraq qəbul edər və buna görə də meyvə-tərəvəz kimi təbii qidalardan uzaq durmağa başlayarlar. Şəkər aslılıq, tez-tez istək yaradır. Təbii qidaların yerini şəkər tərkibli qidalar, abur-cuburlar və “fastfood”lar alır”.


“Şəkər aslılığı diqqət əskikliyi yaradır!”

“Şəkər və şəkərli qidalar yedikdə orqanizm daha çox insulin hormonu ifraz edər. Artıq və nəzarətsiz insulin isə xərçəng, diabet və bütün xroniki xəstəliklərə yol açar. Şəkər uşaqların beyin funksiyalarına da mənfi təsir edər. Diqqət əskikliyi, hiperaktiv pozuntular daha çox olar. Sağlam, bilikli uşaqlar yetişdirmək istəyirsinizsə, onları şəkərdən uzaq tutmalısınız. Bu inkişaf gerililiyi, artıq çəki, diabet, erkən yetişkinlik, diş çürümlərinə səbəb olar”.



Uşaqları şəkərdən qorumaq üçün nə etməliyik?

-Şəkərsiz və ya daha az şəkər əlavə edilmiş məhsulları almalısınız. Paketlərin üzərində yer alan fruktoza, dekstroz, qəhvərəngli şəkər, sükroz, sakkaroz, qlükoz kimi ifadələrin əslində şəkər olduğunu unutmayın.

-Hazır meyvə suyu, qazlı, şəkərli - aromalı içkilər yerinə su, ev üsulu hazırlanmış soyuq meyvə çayı, ayran seçiminiz olsun. Su içməyi artırmaq üçün limon, alma dilimi, nanə yarpağı tərkibli sulardan ala bilərsiniz.

-Karbohidrat üçün tam taxıllar, quru paxlalılar, təzə meyvə və tərəvəzlər, süd kimi qidalar seçilməlidir.

-Uşağınıza meyvəni bütün yeməyə alışdırın.

-Gün ərzində şəkər miqdarını azaltmağın bir yolu da protein tərkibli səhər yeməkləridir. Səhər yeməyi aclıq mexanizmini tarazlaşdırar və şirniyyat krizlərinin qarşısını alar. Buna görə də yumurta, pendir, qoz, tam taxıllı çörək, mövsüm tərəvəzlərinin olduğu bir səhər yeməyi məsləhətlidir.