Son günlər uşaqlar arasında geniş yayılmış xəstəlik bir çox valideynləri evdə müalicə aparmağa vadar edir. Uşaqlar arasında ən çox yayılmış əlamətlərdən biri də güclü öskürəkdir. Əksər valideynlər öskürək əlyehinə inqalyasiya aparatlarından həkim göstərişi olmadan istifadəsi edirlər.
Dərmanlardan göstərişsiz istifadə fəsadlara səbəb ola bilərmi? İnqalyasiya dərmanları necə təyin olunur? Hansı məhlulları həkim təyinatı olmadan istifadə etmək olar? Ümumiyyətlə inqalyasiya mövzusunda valideynlər nələrə diqqət etməlidir?
Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Əkbər Qliyev açıqlayıb.
Mütəxəssis bildirib ki, viral xəstəliklərə yoluxan zaman ən ciddi, narahatedici şikayətlərdən biri də öskürəkdir. Öskürəyə səbəb bronxlar və ya ağciyər toxumasında olan dəyişiklik ola bilər. Ona görə həkim müayinəsi mütləqdir. Çünki allergik, ağciyər pnevmaniyalarından qaynaqlanan öskürək, yaxud kəskin bronxitlərin qıcıq öskürəkləri ola bilər. Təbii ki, göstərişsiz dərman qəbulu uşaqlara ziyan verə bilər. Hər bir dərmanı verərkən uşağın çəkisini, yaşını nəzərə alaraq təyin edirik.
Həkim xüsusilə son zamanlar antibiotiklərin göstərişsiz verilməsinin çox ciddi problem yaratdığını, uşaqların bu kimi preparatların əks təsirlərinə məruz qaldıqlarını nəzərə çatdırıb.
Ə.Quliyev qeyd edib ki, inqalyasiya üsulu öskürəyin müalicə növlərindən biridir və yerli bronxlara təsir edir. İnqalyasiya dərmanlarının da həkim tərəfindən təyin olunması məqsədəuyğundur:
"Həkim təyinatı olmadan öskürək əleyhinə sadəcə bitki mənşəli dərmanlardan istifadə etmək olar. Və ya ev üsulu kimi bal, süd və digər təbii məhsullardan istifadə etmək faydalıdır".
Ekspert onu da əlavə edib ki, inqalyasiya sırf həkim təyinatı ilə tətbiq edilməlidir. Çünki inqalyasiya dərmanları müxtəlif olur və hər biri fərqli təsir mexanizmlərinə malikdir. Həkim müayinə edib öskürəyin xarakterini müəyyənləşdirdikdən sonra təyinat üzrə inqalyasiya dərmanları yazılmalıdır. /aztibb.az/