Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqları öldürən öskürək siropunun tərkibində nə tapıldı?

  • 2023.11.24 15:22
  • 3383 Baxış
Uşaqları öldürən öskürək siropunun tərkibində   nə tapıldı?

204 uşağın ölümünə səbəb olan öskürək siropu ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.

Məlum olub ki, preparatların tərkibində antifriz istehsalında istifadə olunan etilenqlikol maddəsi olub.



"Medicina" xəbər verir ki, 2021-ci ildə şərbətlər üçün əsas olan farmasevtik keyfiyyətli propilenqlikolun qlobal çatışmazlığı yaşanıb.Şirkət texniki etilenqlikolun etiketlərini propilenqlikola dəyişdirərək satmağa başlayıb.

Qeyd edək ki, etilenqlikol kəskin böyrək zədələnməsinə səbəb olur.

Bu maddə 70 partiya öskürək siropuna vurulub. Dərmanın tərkibində 99% etilenqlikol olub, halbuki, ÜST norması 0,1% təşkil edir.

Hər iki şirkətin rəhbərliyi 10 il həbs cəzası alıb.

Hindistan istehsalı olan öskürək şərbətləri (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) 70-ə yaxın uşağın ölümü ilə nəticələnmişdi.


Bundan başqa Özbəkistanda 20-yə yaxın uşaq “Dok-1 Maks” öskürək həbi və şərbətini qəbul etməsi səbəbindən həyatını itirmişdi.