Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqları öldürən öskürək siropu ilə bağlı cinayət işi yekunlaşdı - Təqsirləndirilən şəxslərin cəzası bəlli oldu

  • 2024.02.27 11:18
  • 1499 Baxış
Uşaqları öldürən öskürək siropu ilə bağlı cinayət işi yekunlaşdı -  Təqsirləndirilən şəxslərin cəzası bəlli oldu
“Marion Biotech” adlı Hindistan şirkətinin istehsal etdiyi və 69 uşağın ölümünə səbəb olan öskürək siropu ilə bağlı cinayət işi yekunlaşıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, Daşkənddə məhkəməyə çıxarılanlar ölümə səbəb olan keyfiyyətsiz dərman preparatlarının istehsalı və satışı, vəzifələrini yerinə yetirməmək və vəzifədən sui-istifadə kimi cinayətlərdə təqsirləndiriliblər.

Məhkəmə ölkəyə siropu idxal edən “Kuramax Medikal”ın və bu dərmanın ölkədə istifadəsinə icazə verən “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi”nin vəzifəli şəxsləri də daxil olmaqla 23 təqsirləndirilən şəxsə 2 ildən 20 ilədək həbs cəzası verib.

Qərara əsasən, bəzi təqsirləndirilən şəxslər vəfat edən uşaqların ailələrinə təzminat ödəyəcək, bəziləri isə müəyyən müddətə rəsmi qurumlarda işləyə bilməyəcəklər.

Nə baş verib?

Hindistan mərkəzli “Marion Biotech” şirkətinin istehsal etdiyi "Dok-1 Max" adlı öskürək siropu Özbəkistanda 69 uşağın ölümünə səbəb olub. Səmərqənddə siropdan istifadə edən 18 uşağın ölümündən sonra Daşkənd araşdırma başladıb.Özbəkistan Səhiyyə Nazirliyi öskürək siropunun tərkibində zəhərli “etilen qlikol” aşkarladıqdan sonra onun satışını qadağan edib.Hindistan qalmaqalın ardınca “Marion Biotech” şirkətinin istehsal lisenziyasını ləğv edib.

Xatırladaq ki, eyni dövrdə Hindistanda istehsal olunan başqa bir şərbət Qambiyada ən azı 70 uşağın ölümünə səbəb olub.
İndoneziyada da 2022-2023-cü illər arasında digər bir öskürək siropundan ən azı 200 uşağın öldüyü müəyyən edilib.

Gül