Artıq 2 aydır ki, internetdə Momo adlı suisid təhlükəli onlayn oyunun yayıldığı barədə xəbərdarlıq olunub.
Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır.
Medicina.az xəbər verir ki, avatarında qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır.
- Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi sözlərlə başlayır.
- Daha sonra sizin haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.
- Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir.
-
- Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.
- Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur.
- Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs .
- Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.
-
- Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.
- Oyunun qurbanları hər şeyə maraq göstərən "beyniqanlı” yeniyetmələr olur.
- Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb.
- Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb.
- Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.
Xatırladaq ki, son 2 ildə dünyanı bürüyən Mavi balina oyununa görə rəsmi olaraq 18 nəfər uşaq intihar etmiş, 28 nəfər yaralanmış, qeyri-rəsmi məlumata görə yüzlərlə uşaq özünə qəsd etmişdir. Azərbaycanda da ötən il bölgələrdə bir neçə uşağın səbəbsiz qəfil intiharını bu oyunla əlaqələndirmişdilər.