Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Uşaqları adam çox olan yerlərə göndərmək olmaz" - Rəşid Mahmudov

  • 2021.04.16 13:56
  • 1313 Baxış
"Uşaqları adam çox olan yerlərə göndərmək olmaz" -  Rəşid Mahmudov

Son günlər Azərbaycanda azyaşlı uşaqlar arasında koronavirusa yoluxma faktı müşahidə edilir.

Bəs uşaqların COVİD-19-a yoluxmasının başlıca səbəbləri nədir? Azyaşlıları bu xəstəlikdən necə qorumalıyıq?

Medicina.az xəbər verir ki, Tibb elmləri namizədi, professor Rəşid Mahmudov AZXEBER.COM-a açıqlamasında 10 yaşa qədər uşaqlarda immunitet tam inkişaf etmədiyi üçün onların koronavirusa yoluxma riski daha yüksək olduğunu bildirib:

"Azyaşlıların koronavirusa yoluxmasının səbəbi yalnız ətraf mühit və ailədir. Ümumiyyətlə, 10 yaşa qədər olan uşaqları insan çox olan yerlərdən kənar saxlamaq lazımdır. 10 yaşına kimi olan uşaqların koronavirusla yanaşı həmçinin bir çox xəstəkilərə yoluxma ehtimalı yüksəkdir. Yalnız 10 yaşdan sonra azyaşlıların immuniteti tam formalaşır.

Professor deyib ki, uşaqları təcrid etmək lazımdır:

"Uşaqları koronavirusdan qorumaq üçün çalışmalıyıq ki, yaşadığı ailədə və ətrafda yoluxanlar olmasın. Əgər, ətrafda xəstə varsa, bu zaman uşaqlar risk altındadır. Azyaşlı uşaqları adam çox olan yerlərə göndərmək olmaz. Çalışın azyaşlılar ailədən kənara getməsinlər, uşaq çox olan yerlərdə oynamasınlar.

Ümumiyyətlə, 10 yaşına çatmayan uşaqları bütün xəstəliklərdən qorumaq vacibdir. Valideynlər bilməlidir ki, uşaqları pandemiyadan qorumaq üçün ilk növbədə uşağın ətraf mühiti sağlam olmalıdır”.