Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda yayılan super infeksiyadır - Səbəbi, müalicəsi

  • 2020.01.08 11:04
  • 3818 Baxış
Uşaqlarda yayılan super infeksiyadır -  Səbəbi, müalicəsi
Qış aylarında xüsusilə uşaqlarda artan qrip, ildən-ilə forması dəyişən virus və bakteriya səbəbindən fərqli ola bilər.

Medicina.az xəbər verir ki, bunu türkiyəli uzman Dr.Vedat. O virus və bakteriyaların birləşməsindən yaranan "super infeksiya"nın daha çox uşaqlara təsir etdiyi barədə danışaraq qeyd edib.

Onun sözlərinə görə, xəstəlik virus infeksiyası ilə başlayıb bakterial infeksiyaya dönür.Qrip kimi tanıdığımız virusun çox sayda növü var.Bu virusların quruluşu və şəkli tez-tez dəyişdiyi üçün uşaqlarda qış aylarında daha çox rastlanılır.

Həkim bildirib ki, orqanizm tanıdığı bir virusdan ikinci dəfə xəstələnmir. Amma bu virus formasını dəyişdikdə orqanizmi yenidən xəstə sala bilir. Ümumdünya Səhiyyə Təşkilatı isə 2019-cu ildə ölümlə nəticələnən nə qədər virus varsa, hamısını toplayaraq onlara qarşı peyvənd istehsal edir. Ona görə də, viruslara qarşı peyvənd olmaq məsləhətdir.

Vedat.O-nun spzlərinə görə,"super infeksiya"ya tutulan uşaqlara antibiotik müalicəsi lazımlı ola bilər:

"Şiddətli xəstəlik özü ilə bərabər öskürək problemini də gətirir. Uşaqlar isə davamlı olaraq hərəkətlidirlər. Bu zamanlarda burun tutulduöu üçün ağızla nəfəs almağa başlanılır.Buna görə də,nəfəs boruSUNUN arxa divarı zədələnir. Zədələnmə isə öskürəyə səbəb olur.

Bundan əlavə burunla nəfəs alarkən, aldığımız nəfəs burunda nəmlənərək isinir. Lakin ağızla nəfəs aldıqda bu proses baş vedrmir. Nəmli olmayan soyuq hava nəfəs borumuza daxil olduğu üçün bizi öskürdür".