Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda xərçəng xəstəliyinin aglagəlməz əlamətləri – Onkoloqdan

  • 2022.02.25 17:58
  • 3872 Baxış
Uşaqlarda xərçəng xəstəliyinin aglagəlməz əlamətləri  – Onkoloqdan


Dağıstanın uşaq onkoloqu İndira Yunusova valideynlərə uşaqlarda onkoloji xəstəliklərin qeyri-tipik əlamətləri barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə bu əlamətləri çox zaman valideynlər görməzdən gəlir.

Xərçəngin erkən mərhələsində uşaqlar daha çox narahatlıqlar hiss edir.

Tez-tez hərarəti qalxır, qarını şişir, burundan qanaxma, ürəkbulanma, qusma olur.


“Maskalanmış simptomlar var. Bədəndə naməlum göyərmələr, səpkilər, hərarətin qalxıb enməsi, antibiotiklə düşməyən qızdırma, sümüklərdə ağrılar, qaraciyərin böyüməsi, dalaqda böyümə, ağrılı limfa düyünləri hər bir valideynin diqqətini çəkməlidir” – deyə onkoloq bildirib.