İştahın itməsi, kəskin iştahsızlıq və yorğunluq, arıqlama böyrəklərdə xəstəliyin inkişaf etməsindən xəbər verə bilər.
“Medicina” xəbər verir ki, nefroloq Yelena Parabina böyrəklərin gizli gedən xəstəliklərindən danışıb.
“Böyrəklər lal orqandır, uzun müddət ağrı vermir. Adətən böyrəklər daş xəstəliyində ağrıyır. Səhvən insanlar elə bilir ki, ağrı yoxdursa, hər şey yaxşıdır.
Səbəbsiz yorğunluq, halsızlıq, baş hərlənmə, iştahsızlıq - böyrəklərin düzgün funksiya göstərməməsindən ola bilər.
Bu o deməkdir ki, böyrəklər toksinləri qandan yaxşı təmizləyib orqanizmdən çıxarmır.
Pasiyentlərdə sidiyin rəngində miqdarında dəyişiklik, beldə, çanaqda səbəbsiz ağrılar, üz-bədəndə ödem olur.
Böyrək xəstəlikləri çoxdur, nefrit, pielonefrit, iltihab, yetməzlik və s.
Böyrəklərin dəqiq müayinəsi üçün nə lazımdır:
- Ümumi sidik
- Ümumi qan
- Qanda sidik turşusu və kreatinin
- USM
- Lazım gələrsə KT
- Düzgün müalicə üçün nefoloqa müraciət etmək lazımdır.
Xəstələr rasiondan duz, ət, zülalı azaltmalıdır.
Əgər uşaqda və ya böyükdə ödem, yorğunluq, yuxululuq, iştahsızlıq, ürəkbulanma, susama, sidikdə dəyişiklik varsa, yubanmadan nefroloqa müraciət edin.
Aygün Musayeva