Oftalmoloq Füzuli Hüseynov bildirib ki, son zamanların əsas problemlərindən biri uşaqlarda və böyüklərdə görmə qabiliyyətinin çox sıx zəifləməsidir.
“Medicina” xəbər verir ki, buna səbəb qəbul etdiyimiz sintetik qidalar, texnologiya əsrinin tələblərindən olan kompüter və smartfonların daimi istifadəsi, elektormaqnit dalğalarının bizi əhatə etdiyini ,əsas da vayfay, dadio dalğaları, elektron,maqnit dalğaları gözümüzün görmə qabiliyyətinə təsir edir.
Gözün zəif görməsi ilə yanaşı digər göz xəstəlikləri də meydana gəlib. Son zamanlar göz sinirinin atrofiyası son zamanlar geniş yayılan göz xəstəliklərindən biridir.
Bu xəstəlik uşaqlarla yanaşı böyüklərdə də rast gəlmək olur. Müalicəsi yoxdur.
Digər göz xəstəliklərindən katarakta xəstəliyi, mirvari suyu adətən böyüklərdə və yaşlılarda rast gəlmək olar.
Günay Quliyeva