Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda təzyiqə diqqət vacibdir – Səbəblər

  • 2023.05.17 15:56
  • 2036 Baxış
Uşaqlarda təzyiqə diqqət vacibdir   –  Səbəblər
Uşaqlıqda çəki, qan təzyiqi və xolesterinə nəzarət yaşlaşanda beyin funksiyasını qorumaq üçün vacibdir.

“Medicina” xəbər verir ki, Finlandiya alimləri orta yaşda idrak sağlamlığı ilə artıq çəki, təzyiq və xolesterin arasında birbaşa əlaqəni aşkar edən ilk elmi işi yekunlaşdırıblar.

Finlandiyada 1980 – ci illərdən başlanan və bu günə qədər davam edən tədqiqatların nəticəsi göstərib ki, uşaqlıqda sistolik (yuxarı) qan təzyiqi, qanda xolesterin səviyyəsi və bədən kütləsi indeksi orta yaşda beyin funksiyalarının necə olacağını təyin edir.

Xüsusilə, təzyiq və "pis" xolesterol yaddaşa mənfi təsir edir, piylənmə isə vizual məlumatın və konsentrasiyanın izlənmə sürətinə təsir göstərir.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, Alzheymer xəstəliyi kimi nevroloji çatışmazlıqlara səbəb olan bir çox xəstəlik uzun bir preklinik mərhələdən keçir, ona görə də uşaqlıqda piylənmə ilə ürək-damar xəstəliklərinin müəyyən edilməsi idrak üçün çox vacibdir.

Alimlərin yekun nəticələrinə görə, erkən uşaqlıqdan ürək-damar xəstəliklərinin aktiv şəkildə izlənilməsi və qarşısının alınması beyin sağlamlığı üçün vacibdir. Və bu işdə məsuliyyət valideynlərin üzərindədir.

Günay Quluzadə