Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda rotavirus və adenovirus - Riskləri

  • 2023.10.30 17:06
  • 1531 Baxış
Uşaqlarda rotavirus və adenovirus  - Riskləri


Uşaqların sağlamlığı hər bir valideynin ən böyük qayğılarından biridir. Xüsusilə mədə-bağırsaq sisteminə təsir edən infeksiyalar uşaqların həyat keyfiyyətinə və ailələrin gündəlik iş rejiminə ciddi təsir göstərə bilər. İki ümumi virus - rotavirus və adenovirus xüsusilə körpə uşaqlar arasında həzm sistemi ilə bağlı problemlər yaradır Bioloji Təbabət Klinikasının pediatriya şöbəsinin həkimləri rotavirus və adenovirusun uşaqların mədə-bağırsaq sağlamlığına təsirlərini araşdıracaq və ailələrə bu təhlükələrdən qorunmaq yolları haqqında məlumatlar vermişdir.

Rota virusu nədir?

Rota virusu xüsusilə 5 yaşdan kiçik uşaqlarda tez-tez rast gəlinən bir virusdur. Bioloji Təbabət Klinikasının pediatriya şöbəsindən bildirilir ki, bu virus qusma, ishal, qızdırma və qarın ağrısı kimi əlamətlərlə özünü göstərir. Rotavirusun ötürülmə yollarına təmas, çirklənmiş qida və su daxildir. Bundan əlavə, bu virus mövsümi xarakter daşıyır və qışda daha çox yayılır. Rota virus infeksiyaları xüsusilə qida çatışmazlığı və immun sistemi zəif olan uşaqlarda daha ciddi nəticələrə səbəb ola bilər.

Rota virusu uşaqlarda ishal səbəbilə susuzluğa səbəb ola bilər ki, bu da təcili tibbi yardım tələb edə bilər. Ona görə də ailələrin uşaqlarını bu virusa qarşı peyvənd etmələri çox vacibdir. Klinikanın həkimləri qeyd edir ki, peyvənd rotavirus infeksiyalarının qarşısının alınmasında yüksək effektivliyə malikdir və uşaqların immun sistemini gücləndirir.

Adenovirus və mədə-bağırsaq problemləri
Adenovirus uşaqlarda mədə-bağırsaq problemlərinə səbəb olan başqa bir virus növüdür. Adenovirusun səbəb olduğu infeksiyalar adətən soyuqdəyməyə bənzər simptomlarla başlayır, lakin daha ciddi vəziyyət ala bilər. Bioloji Təbabət Klinikasının pediatrları bildirir ki, qızdırma, boğaz ağrısı, öskürək və ürəkbulanma adenovirus infeksiyasının əlamətləri arasındadır.

Adenovirus yoluxmuş insanlarla təmasda və ya çirklənmiş səthlərə toxunmaqla yayıla bilər. Xüsusilə uşaq bağçaları və məktəblər kimi izdihamlı mühitlərdə yoluxma riski artır. Bu virus infeksiyaları uşaqlarda mədə-bağırsaq problemlərinə və tənəffüs yolu infeksiyalarına səbəb olur.

Viruslardan qorunma və qarşısının alınması yolları

Uşaqların mədə-bağırsaq sağlamlığını qorumaq üçün ailələrin nəzərə almalı olduğu bəzi ehtiyat tədbirləri var. Klinikanın pediatrları bu viruslardan qorumağın yollarından da bəhs ediblər:

Peyvəndlər: Rotavirus infeksiyalarına qarşı peyvənd uşaqları qorumaq üçün ən təsirli üsullardan biridir. Uşaqların peyvənd cədvəli daxilində peyvənd edilməsi yoluxma riskini azaldır.

Gigiyena: Əllər tez-tez yuyulmalı, yeməkdən əvvəl və sonra gigiyena qaydalarına əməl edilməlidir. Eyni zamanda, yoluxmuş insanlarla təmasdan qaçınmaq da virusa yoluxmanın qarşısını ala bilər.

Təmizləmə: Evdəki səthlər və oyuncaqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Qidalanma: Sağlam və balanslı qidalanma uşaqların immun sistemini gücləndirir. Qeyd edək ki, təzə tərəvəz və meyvələr, tərkibində probiyotiklər olan qidaların qəbulu infeksiyalara qarşı qorunma təmin edir.

İnteqrativ təbabətlə viruslara qarşı mübarizə

Rotavirus və adenovirus kimi viral infeksiyaların müalicəsi adətən simptomatik dəstək və istirahət tələb edir, çünki bu cür infeksiyalara qarşı xüsusi antiviral müalicə yoxdur. Bununla belə, inteqrativ tibb yanaşmaları xəstəliyin gedişatını yüngülləşdirməyə və immunitet sistemini gücləndirməyə kömək edə bilər. Rotavirus və adenovirus infeksiyalarının inteqrativ təbabətlə müalicəsi ilə bağlı olaraq qeyd etmək olar ki, su qəbulunu artırmaq, zəncəfil və çobanyastığı çayı içmək, bal, C vitamini qəbul etmək faydalı olacaqdır.

Həmçinin yuxarıda da qeyd edildiyi kimi, düzgün qidalanma və probiyotik qəbulu da inteqrativ müalicə metodları arasındadır. Klinikanın pediatrları qeyd edir ki, inteqrativ təbabət üsulu ilə yanaşmada I növbədə antiviral preparatlarla yanaşı, virus toksininin mədə-bağırsağın selikli qişasını zədələməklə əlaqəli olan ishal əlamətlərini qaydaya salmaq vacib şərtdir. Bunun üçün mikrobioloji peparatlardan istifadə etməklə faydalı bakteriyaların miqdarı yüksəldilir. İzopatik virusəleyhinə Quentakehl preparatının həm oral, həm də nazal damla formasından istifadə müsbət nəticə verir. Virusun uşaqların orqanizmində zəiflətdiyi immun sistemini də İnteqrativ Təbabətin imkanlarından istifadə edərək stimulyasiya edilir.

Unutmayın ki, rotavirus və adenovirus kimi infeksiyalar uşaqların mədə-bağırsaq sağlamlığını təhdid edə bilər, lakin düzgün tədbirlər görülməklə bu riskləri minimuma endirmək də mümkündür. Ailələr uşaqlarını peyvənd etməklə, gigiyena qaydalarına riayət etməklə bu viruslarla mübarizədə mühüm rol oynaya bilərlər. Həmçinin unutmayın ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir və profilaktik tədbirlər görməklə onları qorumaq mümkündür.