Raxitlik – azyaşlı uşaqlarda maddələr mübadiləsi pozulması və D vitamin əskikliyi ilə bağlı olan sümük –sinir sisteminə təsir edən xəstəlikdir.
Raxit hələ qədim dövrlərdən məlum idi. Eramızdan əvvəlki mənbələrdə sümük sisteminin raxitlikdə dəyişikləri barədə qeydlər və şəkillər çəkilmişdi. XV əsrdə raxit dünyada uşaqlar arasında geniş yayılmış patologiya idi. Təsadüfi deyil ki, orta əsr rəssamları əsərlərində dəfələrlə raxit görünüşlü uşaqları əks etdiriblər.
Elə indi də vəziyyət dəyişməyib. Əhalinin 1 -7 yaş arası təbəqəsinin 20-40%-i raxitlik keçirir.
Bu xəstəlik şimal zonalarda, iri şəhərlərdə, paytaxtda daha çox yayılıb.
Medicina.az valideynlərin bəzən ilk əlamətlərini gözdən qaçırdıqları raxitin səbəblərini təqdim edir.
Raxitin kökündə orqanizmdə D vitamini əskikliyi dayanır. Bu vitamin həm qida, həm də günəş şüalarının təsirindən sintez olunur.
Uşağın sümük inkişafı dövründə D vitamini kalsium və fosfor mübadiləsi üçün vacibdir. Vitamin D bu mineralların bağırsaqdan sovrulub sümüklərə yığılmasına səbəb olur.
Ona görə raxitin yaranma səbəblərindən birincisi D çatışmazlığıdır.
-Uşaq açıq havada az olur, ultrabənövşəyi şüalar almır
-Zəif qidalanır, D və minerallarla zəngin qidalar yemir
-Uşağa qıcolma əleyhinə dərmanlar verilib
-Bağırsaq və qan problemlərinə görə D vitamini bağırsaqdan sovrulmur
Əlamətləri
Raxit zahiyən, sümük əzələ sistemində təkcə uşaqlarda yox, elə yaşlılarda görülə bilər.
Böyüklərdə D vitamin əskikliyi osteoporoz – sümük əriməsi və osteomalyasiya ilə büruzə verir.
Raxitin sinir sistemində əlamətləri:
-Yuxu pozulması, tez-tez oyanma,səthi yuxu
-Ağlamaq, əhvalın olmaması
-Qıcıqlanma, əsəbilik
-Çox tərləmə və başın arxa hissəsinin keçəlləşməsi
Yatanda baş o qədər tərləyir ki, balışın üstü su ləkəsi olur. Tər suyu baş dərisini qıcıqlandırır, uşaq başını sürtur, həmin yerdə saçlar tökülür.
-Əzələlərin boş olması
-Qurbağa qarın sindromu- qarın önə çıxır, kürək batır
-Raxitliyə meyilli uşaqların əmgəyi çox gec bağlanır, süd dişləri gec çıxır
-getdikcə dişləri karieslə tez çürüyür
Tipik sümük deformasiyası əlamətləri:
-X formasında və ya O formasında ayaqlar
-Qız uşaqlarında kiçik çanaq orqanlarının deformasiyası, gələcəkdə təbii doğuşa mane ola bilər
-Kəllə sümüyündə alın hissənin önə qabarması və uzanması
-Kəllə bədənə nisdətdə böyük olur
-Qabırğaların döş qəfəsində qalınlaşması
-Toyuq döş qəfəsi forması
Müalicə olmadıqda xəstəlik daxili orqanlara təsir edir: qaraciyər, dalaq, anemiya və s.
Belə uşaqlarda tez-tez qusma, öyümə, qarında ağrı, diareya və ya qəbizlik, dərinin ağarması, ağız künclərinin quruması, qanazlığı olur.
Südəmər körpədə raxit olarsa inkişafdan geri salır: gec danışır, gec başını dik tutur, otura bilmir, iməkləmir və s. Hətta 1 yaşa çatdıqda uşaq ümumiyyətlə yeriməyə bilər.
Məktəb yaşlarında skolioz, kifoz, əyriayaqlı, yaxından görmə kimi problemlər yaşadır.
Raxit və D vitamin əskikliyini pediatr təyin edib müalicə yazır. Sümükdə deformasiyalar olarsa travmatoloq ortoped və fizioterapevtlə əlavə müalicələr aparılır.
Salam oglum 6 ayliqdi. Evel detribus d3 3 damci indi ise simbavit d3 5 damci veririrem. Ancaq basi usdunde saxlaya bilmir qarni qabagadi basi boyukdu ve basinin arxasi duzdu. Raxitola bilermi ve mualicesi nece aparilmalidi.
Bu hallar mənim korpəmdə var.Yalniz mən Dvitaminin heç kəsmədim 5-aylıqdir korpem verirəm.