Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda qısa dilaltı yüyən – Çərtilməlidir, yoxsa?

  • 2019.07.15 20:25
  • 15470 Baxış
Uşaqlarda qısa dilaltı yüyən –  Çərtilməlidir, yoxsa?
Körpələrdə dilaltı yəhər adlanan kiçik bağın çərtilməsi əməliyyatı son zamanlar geniş yayılıb. Bir çox doğum evlərində belə körpənin süd əmməsinə mane olacaq bu bağın kəsilməsi təklif olunur. 


Bir çox valideynlər isə buna qarşı gedərək, uşağı birtəhər qidalandırır və ya heç bir maneə törətmədiyini bildirirlər.


Medicina.az xəbər verir ki, ABŞ General Hospitalının pediatrları bəyan edib ki, əksər körpələrdə  süd əmmə və qidalanmanı qaydaya salmaq üçün dilaltı hissəni kəsməyə ehtiyac yoxdur.  Dilaltı bağı anatomik qısa olan körpələrin anası mütəxəssis yanında bir iki məşğələ keçməsi kifayətdir. 

Hər il dünyada 10-12% uşaq ankiloqlossiya – dil altı bağın bərk və qısa olması ilə doğulur. Bu da dilin hərəkətliliyinə mane olur, azaldır, ana döşünü, əmziyi sıx tutub qidalanmasına mane olur. 


Belə olan halda uşaq cərrahı frenulektomiya – linqivial düyünün kəsilməsi əməliyyatını icra edir. Bu əməliyyat yüngül bir prosedurdur, narkozsuz olunur. 

Son 10 ildə bu əməliyyatların sayı 10 dəfə artıb, halbuki yenidoğulmuşların sayında elə də ciddi dəyişiklik yoxdur.  Sadəcə indi valideynlər dilaltı bu bağ haqqında daha məlumatlıdır, uşaq döşü tutmayan kimi bundan şübhələnib,  dərhal cərraha müraciət edirlər.


Alimlər son tədqiqatlarında dil yəhəri kiçik doğulan 115 uşağı müşahidə ediblər. Onlar əməliyyatdan öncə anaları ilə birgə xüsusi korreksiya məşğələlərinə cəlb edilib. Məşğələlər 15 gün davam edib. Daha sonra pediatrlar uşağın süd yeməsini müqayisə edərək, 63% körpədə əməliyyat olmadan belə süd əmməsi düzəlmişdir və onlar əməliyyatdan imtina edilmişdir. 


28% -də isə bağ çox qısa idi və üst dodağı içəridən damağa çəkirdi, onlarda əməliyyat icra olunub.

Bu metodla bir çox uşaqlar ağrılı prosedursuz davam edə biliblər.

Ona görə tədqiqat müəllifləri hesab edir ki, hər dilbağı qısa, bərk olan körpəni əməliyyat etməyə tələsmək olmaz, ilk əvvəl süd verməni korreksia etmək olar.


Azərbaycanda belə kurs və məşğələlər olmadığı üçün qısa dil yəhərinin cərrahi yolla aradan qaldırılmaqdan başqa yolu qalmır.


Pediatr Vaqif Qarayev medicina.az-a bildirdi ki, hər südü yaxşı yeməyən uşağın dilindən şübhələnmək olmaz. Mütləq cərrah müayinəsi olmalıdır

"O ki qaldı, qısa dil yəhəri çərtilməlidir, yoxsa yox? Mütləq çərtilməlidir, lazımdır. Bu problem dilin hərəkətini məhdudlaşdırıb, gələcəkdə uşağın nitqində problem yarada bilər”.