Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda qaraciyər kistləri qorxuludurmu? - Uşaq cərrahından açıqlama

  • 2022.09.09 15:05
  • 2095 Baxış
Uşaqlarda qaraciyər kistləri qorxuludurmu?   - Uşaq cərrahından açıqlama

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayev uşaqlarda rast gəlinən xəstəliklər, ağciyər və qaraciyərin sistləri, göbək yırtığının əmələ gəlmə səbəbi ilə bağlı açıqlama verib.

"Medicina" xəbər verir ki, cərrah uşaqlarda qaraciyər və ağciyərdə kistlərin müalicəsindən danışıb.


- Uşaqlarda qaraciyər sistləri (kistalar) əksər hallarda xoşxassəli olur. Sistlər anadangəlmə (sadə, mezenximal hamartoma, epidermal, limfangioma, qaraciyərdaxili biliar, enterik), qazanılma (posttravmatik, parazitar, neoplastik) ola bilər. Ona görə də bu uşaqlar hətta klinik əlamətlər olmasa da, ətraflı müayinə olunmalı və müalicəsi aşkar edilmiş patologiyaya uyğun seçilir.



Ağciyər sistləri anadangəlmə inkişaf qüsurudurlar. Əksər hallarda prenatal dövrdə aşkar edilir. Ağır hallarda prenatal hormonal müalicə, yaxud fetal manipulyasiya aparıla bilər. Postnatal dövrdə xəstədə tənəffüs çatışmazlığı inkişaf edərsə, adətən 3 aydan sonra planlı cərrahi əməliyyat məsləhət görülür.


Aygün Musayeva