Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda olan sidikqaçırmanın sadə reseptlə müalicəsi - SINANILIB!

  • 2018.12.25 11:14
  • 18144 Baxış
Uşaqlarda olan sidikqaçırmanın sadə reseptlə müalicəsi -  SINANILIB!
Əsasən uşaqlarda müşahidə olunan gecə sidik saxlaya bilməmə güclü narahatlığa səbəb olur. Bu problemdən yaxa qurtarmaq isə çətin deyil. Medikamentlərin köməyi ilə müalicədən əlavə bu problemdən xalq təbabəti yolu ilə azad olmaq mümkündür. 


Medicina.az uşaqlarda rast gəlinən gecə sidik qaçırmasının qarşısını almaq üçün hazırlanan məlhəmin reseptini təqdim edir: 


Bunun üçün 9 x/q buğdanı 700 ml-lik bir bankaya tökün. Daha sonra üzərinə qaynar su əlavə edərək 3 saat saxlayın. Arada bir çalxalayın. Alınan mayeni süzün və yerinə sidik qaçıran uşağa yatmazdan əvvəl 3 gün müddətində 200 ml içirin. 


Resept kifayət qədər sadə olmasına baxmayaraq effektiv və sınanılmış vasitədir. İçkinin dadının yaxşılaşdırılması üçün onu az miqdarda çaya da əlavə edib içmək olar.


Bu vasitə uşaqlara kömək etdiyi kimi böyüklərə də yaxşı təsir göstərir. Bu hətta yaşlı insanlarda yaşanan sidik kisəsinin zəifliyi zamanı da effektivdir. Sadəcə olaraq onlar bu vasitədən bir müddət çox istifadə etməlidirlər. 


Medicina.az