Uşaqlarda sırf koronavirusa xas xarakter simpomları aşkarlamaq çox çətindir. Çünki onlar az qala bütün infeksiyaları eyni cür keçirirlər. Ona görə təkcə öskürək, qızdırmaya əsasən uşağın kovid və ya qrip olmasını heç həkim də dəqiq deyə bilməz.
Lakin pandemiya olduğundan və kovid uşaq orqanizminə ciddi fəsad verən yeni virus olduğundan ayıq-sayıq olub, uşaqda kovidi vaxtında aşkar etmək mütləqdir.
Medicina.az xəbər verir ki, uşaqlarda koronaovirus adətən mədə-bağırsaq pozulmaları ilə başlayır: ishal, qarın ağrısı, iştahsızlıq, halsızlıq, ürəkbulanma.
Onlarda burun tutulması, öskürək, bronxospazm ola bilər, lakin ağciyərlərdə buzlu şüşə deyilən virus pnevmoniyası böyüklərdəki kimi ağır formada rast gəlinmir.
Dad və qoxu bilmə uşaqlarda az rast gəlinir, lakin çoxu bunu izah edə bilmir.
Əgər ailədə böyüklər kovid olubsa, uşaqlar da xəstədirsə, bu mütləq koviddir. Yox əgər evdə ancaq uşaq qrip kimi xəstədirsə, böyüklərə keçmirsə, bu kovid yox, başqa virusdur.
Azyaşlı uşaqlardan PZR yaxma testi götülmədən də kovid virus infeksiyası kimi simptomlara uyğun müalicə edilir. Ona görə test vermək mütləq deyi. Müalicə seçiminə o təsir etmir.
Uşaqda ağırlaşma olarsa qan analizləri və rentgen oluna bilər.
İstənilən halda, xəstə uşaq digərlərindən təcrid olunmalı, ona kovidli xəstə kimi yanaşılmalı, maska ilə qulluq edilməlidir.
Hansı hallarda uşaq təcili yardımla xüsusi xəstəxanaya çatdırılmalıdır?
- Nəbzin və tənəffüsün sürətlənməsi. Əgər tənəffüs sayı dəqiqədə normadan çoxdursa, bu pnevmoniyaya şübhədir. 5 yaşa qədər uşaqlarda 40 dəfə nəfəs-alıb vermə normadır, 5 yaşdan yuxarı isə 20 sayı normadır. Bundan yüksək siqnaldır.
- Nəfəs alanda uşaq xırıldayırsa
- Dodaqları, ağzının kənarı göyərirsə
- Uşaq çox maye itiribsə- ishal, tərləmə ilə
Uşaqlara kovid zamanı özbaşına antibiotiklər vermək olmaz