Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda irsi xəstəliklər

  • 2023.03.03 14:57
  • 2230 Baxış
Uşaqlarda irsi xəstəliklər

Körpə və uşaq ölümlərinin, uşaqlarda xroniki xəstəliklərin inkişafının və əlilliyin əsas səbəblərindən biri də anadangəlmə genetik xəstəliklərdir.


“Medicina” xəbər verir ki, hemofiliya, hemokromatozlar, əzələ distrofiyası, Huntington xoreası – hansı ki, məcburi əzələ hərəkətlərinin tədricən inkişafı ilə xarakterizə olunur, X xromosomlarının həssaslığı, anomaliya və digərləri körpələrin ölümünə belə səbəb olur.


Patoloji vəziyyətlər cinslə əlaqəli irsiyyət (cins xromosomlarında yerləşən genin irsi) yolu ilə də ötürülə bilər. X ilə əlaqəli resessiv xəstəliklər demək olar ki, həmişə kişilərlə məhdudlaşır (hemofiliya, rəng korluğu,əzələ distrofiyası). X ilə əlaqəli dominant pozğunluqlar həm oğlanlarda, həm də qızlarda baş verir, lakin oğlan uşaqlarında daha şiddətlidir (X ilə əlaqəli hipofosfatemik raxit).

Y xromosomunda yalnız bir neçə gen (ixtioz) olduğu üçün Y ilə əlaqəli xəstəliklər olduqca nadirdir.
Əqli çatışmamazlıq, əqli gerilik, yaddaş pozuntusu və digərlərinin fəsadları olduqca ağırdır.

Məhz buna görə də hamiləlikdən öncə tibbi yoxlanış vacibdir ki, gələcəkdə uşaqlarınız xəstəliklərlə doğulmasın.

Günay