İmmuniteti gücləndirməyin yolu sağlam qidalanmadan və düzgün saatlarda yatmaqdan keçir. Güclü immunitet sisteminə sahib uşaqlar yetişdirmək üçün gün ərzində ən azı 1 saat hərəkət etdirməlisiniz.
Medicina.az immuniteti gücləndirməınin 5 yolunu təqdim edir:
Su içmək çox önəmlidir
Uşaqlarda su qəbulu çox önəmlidir. Suyun miqdarı immuniteti gücləndirməyin əsas yollarından biridir. Gün ərzində ona su içməli olduğunu tez-tez xatırlatmalısınız.
Bəs hansı qidalardan istifadə edək?
1. Balıq
1.Balıq ilə həm immunitetinizi, həm də zehninizi gücləndirə bilərsiniz. Balıq tərkibindəki omeqa-3 sayəsində uşaqlarda beyin inkişafında çox faydalıdır. Həftədə 2-3 dəfə qidalanmanıza balıq daxil etməlisiniz.
2. Ən yaxşı protein qaynağı yumurtadır
Xüsusilə uşaqların böyümə və inkişaf dövründə yumurta qəbulu çox önəmlidir. Buna görə də səhər yeməyində mütləq yumurtadan istifadə edin.
3. Kefir
Kefir tərkibində olan B12, B1, B6 və K vitaminləri sayəsində orqanizmi gücləndirir. Yüksək kalsium, maqnezium tərkibi ilə sümük sağlamlığını qoruyur. Uşaqların gündəlik qidalanmasına 1 stəkan sadə kefir daxil edə bilərsiniz.
4. Təbii antibiotik - Propolis
Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Propolis virus və bakteriyaları yox edərək, xəstəliklərlə mübarizə aparır.
5. Tərəvəz və meyvələrlə yeməklərinizi zənginləşdirin
Xüsusilə C vitamini tərkibli olan yaşıl yarpaqlı tərəvəzlər və sitrus meyvələri orqanizm üçün antioksidan mənbəyidir. Bu tərəvəz və meyvələrin başında ispanaq, brokkoli, kələm, kərəvəz, kivi, limon, portağal, nar dayanır.
Sonda, immuniteti gücləndirən möcüzəvi, tək birqida yoxdur. Önəmli olan övladınıza yetərli miqdarda hər qidadan qəbul etməsini öyrəşdirməkdir.