Uşaqlarda vaxtında qoyulmuş diaqnoz və aparılan müalicə görmə xəstəliklərinin sayını azalda bilər. Uşaqlar üçün göz müayinəsinin yaşı yoxdur. Yeni doğulan vaxtdan ildə 1 dəfə aparılmalıdır.
Medicina.az Neftçilər xəstəxanasının tanınmış oftalmoloqu Günay Mirzəyevadan uşaqlar arasında geniş yayılmış göz xəstəlikləri, görmə problemləri ilə bağlı açıqlama alıb. Həkim 11 ildir Mərkəzi Neftçilər Xəstəxanasının göz mərkəzində aparıcı həkim oftalmoloqlardan biri kimi çalışır. Bu günə kimi bir çox beynəlxalq konfrans, seminar və təlimlərlə iştirak edib.
3 yaşdan sonra bütün uşaqlar ildə 1 dəfə profilaktik olaraq müayinə olunmalıdırlar.Bəzi istisnalar var ki, müraciətlər daha erkən yaşda aparılmalıdır:
1.Vaxtından əvvəl yeni doğulanlarda
2.Anada hamiləlik dövründə Citomeqalovirus,Toxoplazma infeksiyaları tapılıbsa
3.Ailədə göz tənbəlliyi,çəplik,göz şişləri,anadangəlmə katarakta,qlaukoma və hər hansı bir genetik xəstəlik varsa
Hazırda uşaqlarda daha çox qırıcılıq qüsurlarına rast gəlinir. Kompüter istifadəsi, yaxından TV, planşet izləmək, çox yaxından kitab oxumaq mövcud qüsurları ortaya çıxara və ya artıra bilər. Bu xəstəlik daha çox 8-14 yaş arasında görülür və 3 formada rast gəlinir: miopiya,hipermetropiya və astiqmatizm.
Miopiya- gözün yaxındakı cismləri aydın, uzaqdakıları aydın görmədiyi bir vəziyyətdir. Buna “yaxindangörmə”də deyilir. Miop insanlar uzagı daha yaxşı görmək üçün gözlərini qıyırlar,yaxını isə rahat görürlər.
Yazı taxtasında,TV-də yazıları, şəkilləri, görüntüləri görməkdə əziyyət çəkirlər. Mioplarda gözün uzunlugu normadan böyükdür. Yetişkənlik dövründə bədən ölçüləri böyüdükcə miopiyanın dərəcəsidə arta bilir.Bu proses bir neçə il sürətlə davam edib, sonra azalır. Eynək istifadəsi (mənfi) miopiya müalicəsinin ən sadə və ən güvənli yoludur. Digər seçənəklər kontakt linza və Eximer Laser cərrahi əməliyyatıdır.
Hipermetropiyada göz kürəsi normadan qısadır. Belə insanlar yaxını pis, uzağı isə yaxşı gorürlər. Əgər zəiflik dərəcəsi yüksəkdirsə, həm yaxını, həm də uzağı görmə pozulur. Əsasən iki gözdə eyni vaxtda müsbət zəiflik olur, bəzən bir gözdə də ola bilər. Belə hallarda “göz tənbəlliyi”kimi problem ortaya cıxır. Müalicəsində ən etibarlı yol eynək korreksiyasıdır(müsbət) .
Astiqmatizm gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Bu əsasən genetik xarakterli olur. Məktəb yaşlı uşaqlarda daha çox rast gəlinir. Bulanıq görmə, ikigörmə, baş agrısı kimi şikayətlər yaranır.Göz təmbəlliyinin qarşısının alınması üçün eynək korreksiyası olunmalıdır.Torik linzalar da istifadə etmək olar.
Unutmayın: Eynək nömrəsi gözün şüasındırma qüvvəsinin nəticəsidir. Bu buynuz qişadan və gözün uzunluğundan asılıdır. Hər hansı bir vərdişlə dəyişməz.Yəni eynək taxmaq/taxmamaq, yüksək/asağı nömrəli eynək taxmaq, az/çox oxumaq eynəyin mövcud nömrəsinə təsir etmir.
Həkimlə əlaqə:
050 335 37 38
Mərkəzi Neftçilər xəstəxanası