Medicina.az xəbər verir ki, beş
yaşındakı uşaqların 20%-i, 7 yaşındakı uşaqların 10%-i, yetkinlik dövründəkı
uşaqların 1-2%-i enurez problemi yaşayırlar. Ancaq xəstələrin həkimə müraciəti
bəzən gec olur. Bunun bir səbəbi uşaqlarda enurezin təbii qarşılanması,
ailədəki digər enurezli fərdlər kimi bir yaşda düzələcəyinin düşünülməsidir.
Digər bir səbəb uşağın və ailənin hadisəni utanc verici görməsidir. Gec həkimə
müraciət etmə səbəbi ilə illərcə uşağın yatağı islatmasının yaratdığı müxtəlif
problemlərlə yaşayırlar. Hətta bu psixoloji və sosial problemlər daimiləşərək,
bir gün uşağın yataq islatması düzəlsə belə uzun müddət davam edir.
Enurezin səbəbləri
Enurezə
səbəb olan tək bir faktor deyil, birdən çox faktor var. Sidik qaçırma problemi
olan hər uşağın əvvəlcə sidik yolu infeksiyası, böyrək xəstəlikləri, sidik
kisəsi ilə əlaqədar problemlər və ya uşaqlıq çağı diabet kimi müalicə edilməsi
lazım olan başqa bir xəstəliyin varlığı baxımından qiymətləndirilməlidir. Bu
səbəblə bu uşaqların mütləq pediatrqiymətləndirməlidir. Əksəriyyətlə
hadisənin psixoloji olduğu düşünülərək psixiatr mütəxəssislərinə yönəlindiyində
yuxarıda sayılan xəstəliklərin diaqnoz alması çətinləşir. Başqa bir xəstəlik
olmadığından əmin olunduqdan sonra enrezin müalicəsinə keçirilir. Bu
uşaqlardakı ən diqqətə çarpan problem uşağın yuxuda sidik kisəsi doluluğunu
hiss etməməsi və tualetə getmək üzrə oyanamamasıdır. Gecə çıxarılan sidik
miqdarının çox olması və ya sidik kisəsi ilə əlaqədar bəzi dəyişikliklər də bu
uşaqlarda görüləm digər problemlərdir. Bunlardan hansılarının uşaqda mövcud
olduğu uyğun diaqnoz üsulları istifadə edərək təyin etmək lazımdır. Hadisənin
psixoloji olub-olmadığı da ailələri maraqlandıran bir mövzudur. Edilən işlər
enurezli uşaqlardakı psixoloji təsirlənməsin sidik qaçırma probleminə ikinci
olduğunu göstərmişdir.
İrsi ola bilərmi?
Bu
vəziyyətin ailədən keçib keçmədiyi tez soruşulan bir sualdır. Bəzi
xəstəliklərdə olduğu kimi birdən-birə genetik keçməməsiylə yanaşı, enurezli
uşaqların ailələri araşdırıldığında 60-80% nisbətində sidik qaçırma əhvalatı
olduğu görülmüşdür. Həm ana, həm atasından uşaqkən enurez problemi olan
uşaqların təxminən 75%-də, yalnız bir valideyndə varsa, 40%-də enurez görülür.
Müalicəsi
Müalicəsi
tək dərmanla mümkün deyil. Uşağın müalicəyə qoşulması, hiss etdiyi utanc və
günahkarlıq hissinin məhv etməsi və bu problemdən xilas olmağı istəməsi təmin
edilməlidir.
Əsla uşaq bu problem səbəbi ilə cəzalandırılmamalıdır, düzəlmək üçün atdığı hər
addım qiymətləndirilməlidir. Müalicədə əvvəlcə gündüz tualetə getmə vərdişi
təşkil edilməlidir, sidik tutma vərdişi yaradılmalı, nizamlı sidiyə getməlidir.
Yatmazdan əvvəl sulu qidaların məhdudlaşdırılması gecə oyanmalarını azaltmaq və
müalicə müvəffəqiyyətini artırmaq baxımından lazımlıdır.
Müalicədə bu gün ən
çox istifadə edilən üsul həyəcan müalicəsi ilə uşağın gecə sidik kisəsi
dolulduğu hissi ilə oyanmasını öyrənməsini təmin edilməsindədir. Xəstə bu
müalicə ilə ən az 3-6 ay nəzarət ediməldir, nizamlı idarələr əhəmiyyətlidir.
Bunun yanında gecə sidik miqdarını azaltmağa istiqamətli dərmanlar istifadə
edilməlidir.
Nəticə olaraq, sidik qaçırmanın gizlənəcək bir problem
olmadığı, mütləq bu mövzuda təcrübəli həkimə müraciət edilməsidir, müalicədə
uşaq, ailə və həkimin şüurlu və uyğun bir şəkildə işləməsi və uyğun müalicə və
izlənməsi lazımdır.