Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda ən çox hansı xəstəliklər aşkarlanır?

  • 2023.01.28 10:57
  • 3086 Baxış
Uşaqlarda ən çox hansı   xəstəliklər aşkarlanır?
2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

Bu barədə Medicina.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomotoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.