Uşaqlar da böyüklər kimi depressiyaya düşə bilər.
Uşaqlarda bu halın əlamətlərini psixoloq açıqlayıb.
Bakupost.az xəbər verir ki, klinik psixoloq Nihara Krauze uşaqlarda depressiyanı valideynlərin çox vaxt anlamadığını, yalnız peşəkar mütəxəssis vasitəsilə diaqnozu qoymağın mümkünlüyünü deyib.
Bu əlamətlər valideynləri narahat etməlidir.
- Uşağın səbəbsiz, təkliyə çəkilib ağlaması
- Yuxusunun pozulması, gecəyarı oyaq qalması
- Dərs, idman, digər məşğələləri etməkdən imtina
- İştahın itməsi, sevdiyi yeməkləri belə yeməmək
- Diqqət və huşun pozulması
- Hər kəsə neqativ yanaşma
- Telefonda, internetdə suisidal, yəni intihar xəbərləri, şəkilləri, videolarını izləməsi
- Dostları ilə ünsiyyətdən qaçmaq
- Əhvalın uzun müddət düşməsi, kədər
- Heç bir yeniliyə cəhd etməmək
- Geyimlərini dəyişmir, təzə heç nə istəmir
- Bədbin musiqilərə qulaq asır
- Kəskin arıqlayır
Əgər ata-ana uşağın bu vəziyyətinin səbəbini bilmirsə, o zaman onu psixiatr, psixoloqa aparmalıdır.
Uşaq depressiyası da müalicə olunmalıdır, onun müalicəsi ilə uşaq psixiatrları məşğul olur.