Bəzən valideynlər hesab edir ki, azyaşlı uşaqlarında depressiya ola bilməz, depressiya böyüklərin problemidir.
"Medicina" xəbər verir Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova uşaq depressiyası barədə valideynləri xəbərdar edib.
“Bəzi hallarda insanlar depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünürlər. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir. Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar”
Aygün Musayeva