Uşaqlarda burun tutulması yalnız hər hansı bir xəstəlikdən xəbər verən simptom yox o cümlədən də nəfəs yollarının funksiyasının və strukturunun pozulmasından xəbər verə bilər. Səbəbindən aslı olmayaraq körpədə burun tıxanıqlığını aradan qaldırmaq lazımdır. Çünki burunu tıxanan körpə rahat nəfəs ala bilmir. Və bir sıra narahatlıqlar yaranır.
Medicina.az xəbər verir ki, burunun daxili səthinin selikli qişası selik ifraz edir ki, bu da eyni zamanda bir neçə funksiya yerinə yetirir. Selik havanı nəmləndirir, burunu qurumaqdan qoruyur, bir sıra kiçik hissəcikləri tutub özündə saxlayır. Bu zaman əmələ gələn qıcıqlanma nəticəsində asqırma əmələ gəlir ki, beləliklə də burun boşluğu yad cisimlərdən təmizlənir. Amma hər hansı bir xəstəlik nəticəsində burun tıxanıqlığı yaranarsa bu burunun selikli qişasının böyüməsinə və nəfəs qollarını tutmasına səbəb olur. Selikli qişanın böyüməsinin səbəbi qan damarlarının iltihabdan genişlənməsi də ola bilər. Bu vəziyyət diqqətdən kənarda qoyulsa, o zaman vaxt keçdikcə selikli qişa öz funksiyasını itirərək həddən artıq və ya əksinə həddən az selik ifraz edərək xroniki olaraq uşağın burun yollarının tıxanmasına səbəb olacaqdır. Bu isə öz növbəsində bir sıra ciddi fəsadlara səbəb yola aça bilər.
Uşaqlarda burun tıxanıqlığı aşağıdakı fəsadlara yol açır:
• Virus xəstəlikləri (ağızla nəfəs alınan zaman xəstəliktörədən mikroorqanzimlər bədənə rahatca daxil olur);
• Diş-çənə deformasiyaları (prikusun və diş səfinin qeyri-düzgün inkişaf etməsi), üz sümüklərinin qeyri-düzgün formalaşması;
• Beyin toxumalarında hipoksiya səbəbindən oksigen çatışmazlığına bağlı inkişaf geriliyi;
• Yorğunluq, yuxu və iştah pozulması, davranış pozğunluğu və s.
Göründüyü kimi, tənəffüs prosesinin pozulması uşağın yalnız əhval-ruhiyyəsini aşağı salmır həm də onun ümumi inkişafına da mənfi təsir göstərir.
Körpənin burnu tutulan zaman vaxt itirmədən bu halı aradan qaldırmaq lazımdır.
Uşağın burnu tıxanan zaman aşağıdakı təbii vasitələrdən istifadə etmək mümkündür:
Burnun isidilməsi: bu məqsədlə xörək duzundan istifadə etmək olar. Quru duzu tavada qızdırırıq. Daha sonra bir dəsmalın içinə tökərək 10 dəqiqə ərzində burunun üzərində saxlayın. Bu vasitə ilə burunda olan şişkinlikləri azaltmaq mümkündür.
Burunun duzlu su ilə yuyulması: 1 ç/q duzu 1 stəkan isti suda həll edin. Hər 3-4 saatdan bir burun boşluğunu bu məhlulla yuyun.
Burun damcısı: aloe bitkisinin şirəsini sıxın və eyni miqdarda isti su ilə qarışdırın. Alınan məhlul ilə burunu gündə bir neçə dəfə yuyun. Yaxşı olardı ki, hər dəfə təzsə sıxılmış şirədən istifadə edəsiniz. Bu məqsədlə soğan şirəsindən də istifadə etmək mümkündür.
Arzu
Medicina.az