İmpetiqo adlı dərinin bakterioloji infeksiyası olub, daha çox körpələrdə rast gəlinən yara, qabarcıq, suluq, qabıq formasında görünür.
Bu vaxta kimi onun müalicəsində antibiotik terapiya tətbiq edilib.
Medicina.az xəbər verir ki, Britaniya Milli Sağlamlıq institutu həkimlərə və pediatralara artıq bu xəstəliyin antibiotiklərlə yox, antieptiklərə keçməyi və 3 həftə müalicə etməyi tövsiyyə edir.
Düzdür antibiotiklər xəstəliyi dahatez sağaldır, amma bu da uşaqda antibakterial rezisdentlik yaradır, ona görə bu kimi xəstəliklərdə 3 həftəlik gözləmə müalicəsi seçilməlidir.
Xəstəlik antiseptik kremlərə təslim olur, eləcə də perekislə silinməlidir.
Əgər xəstəlik bu müalicəyə tabe olmasa, dəridə yayılsa, yalnız o zaman antibiotik təyin edilə bilər. Eyni vaxtda yerli antibiotik mazla peroral qəbulu təyin etmək olmaz. Təkcə dərman kifayətdir.