Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda bronxiolit təhlükəsi - Valideynlər nələrə diqqət etməli?

  • 2025.01.15 10:00
  • 427 Baxış
Uşaqlarda bronxiolit təhlükəsi -  Valideynlər nələrə diqqət etməli?
Qış aylarında virus infeksiyalarının artması xüsusilə 2 yaşa qədər uşaqlarda bronxiolit riskini artırır.

Medicina.az xəbər verir ki, havalar soyuduqca uşaqlarda tənəffüs yoluxucu xəstəliklərin sürətlə artması müşahidə olunur.

Bu dövrdə xüsusilə azyaşlı uşaqlarda tez-tez görülən bronxiolit valideynlərin diqqət etməli olduğu ciddi sağlamlıq probleminə çevrilə bilər.

Viral infeksiyalar nəticəsində yaranan bronxiolit nəfəs darlığı, öskürək və göyərmə kimi əlamətlərlə özünü göstərir.



Türkiyəli həkim, Medipol Bahçelievler Xəstəxanasından uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Prof. Dr. Ahmet Güzel bronxiolitin başlanğıcının adətən yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri ilə özünü büruzə verdiyini deyib:

“Burun axması, öskürək kimi əlamətlərlə başlayır, aşağı tənəffüs yollarına çatdıqda isə uşaqlarda nəfəs darlığı, tənəffüs çətinliyi kimi daha ciddi problemlərə yoı açır. Bronxiolit xüsusilə 2 yaşa qədər uşaqlarda və 6 aya qədər olan körpələrdə daha ağır keçir. Vaxtından əvvəl doğulan, xroniki ağciyər xəstəliyi, immun sistemi zəif olan uşaqlar da risk qrupundadır".


"Uşaqda burun axması, öskürəkdən sonra nəfəs almaqda çətinlik, dodaqlarında göyərmə, 38°C-dən yuxarı qızdırma, qidalanma problemi və ya xırıltı kimi əlamətlər olarsa, ailələr dərhal həkimə müraciət etməlidirlər. Bundan əlavə, xəstəliyin inkişaf riskini azaltmaq üçün uşaqların qidalanmasına diqqət yetirmək vacibdir.

Xroniki xəstəlikləri, vaxtından əvvəl doğuşu olan və ya immun sistemi zəif olan uşaqların qrip və RSV peyvəndi alması xüsusilə vacibdir. Əgər uşağınız bronxiolit tutmağa başlayırsa, müalicə adətən evdə aparılır. Lakin bəzi hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Uşaqlarda bu xəstəliyin müalicəsi zamanı oksigen dəstəyi, maye əlavələri kimi tədbirlər mühüm rol oynayır", deyə həkim əlavə edib.

Aygün Nəbiyeva
Medicina.az