Uşaqlarda tez-tez rastlanana və valideynlərdə narahatlığa səbəb olan boğaz ağrısı, xəstəliyin özü deyil, simptomdur və yüngül viral infeksiyalardan tutmuş daha ciddi bakterial xəstəliklərə qədər müxtəlif əsas problemlərin göstəricisidir.
"Medicina" xəbər verir ki, boğaz ağrısının simptomlarını valideynlərin bilməsi onu vaxtında müdaxilə etmək üçün vacibdir. Yazımızda düzgün diaqnozun əhəmiyyətinə, profilaktik tədbirlərinə və peşəkar həkim məsləhətinə müraciət etməyin uşaqlardakı boğaz ağrısını aradan qaldırmaqda nə vaxt məqsədəuyğun olduğuna toxunacağıq.
Uşaqlarda boğaz ağrısının səbəbləri
Boğaz ağrısı yüngül qıcıqlandırıcılardan daha ciddi infeksiyalara qədər müxtəlif səbəblərdən qaynaqlanır. Bu səbəbləri bilmək valideynlərin uşaqlara müvafiq qayğı göstərməsi üçün önəmlidir:
• Virus infeksiyaları
Soyuqdəymə və ya qrip kimi tənəffüs yoluxucu viruslar uşaqlarda bu ağrı kimi simptomlarla özünü göstərir. Bu infeksiyalar çox yoluxucudur və uşaqlar arasında, xüsusən də məktəblər və uşaq baxçaları kimi uşaqların bir biriləri ilə daha çox təmasda olduqları yerlərdə asanlıqla yayılır.
• Bakterial infeksiyalar
Strep boğaz şiddətli boğaz ağrısına səbəb ola bilən bakterial infeksiyadır. Onu viral infeksiyalardan ayırmaq vaxtında müalicəsi üçün vacibdir, çünki bu ağırlaşmaların qarşısını almaq üçün xüsusi antibiotik müalicəsi tələb olunur və viral infeksiyalar kimi öz özünə aradan qalxmaya bilər.
• Allergiya
Toz və ya ev heyvanlarının tükünə qarşı allergiya boğazda qıcıqlanma və narahatlığa səbəb olur. Uşaqlar bu kimi allergenlərə məruz qaldıqda boğazları qıcıqlanmaları səbəbilə boğaz ağrısı yaşayırlar.
• Ətraf mühit faktorları
Aşağı rütubət səviyyələri, xüsusilə soyuq aylarda uşağın boğazının qurumasına və qıcıqlanmasına səbəb olur.
• Qıcıqlandırıcılar
Tüstü və ya hava çirkləndiricilərinə məruz qalmaq boğazın selikli qişasını qıcıqlandıraraq, uşağın boğazında narahatlığa səbəb olur.
• Qastroezofageal reflüks xəstəliyi (GERD)
Mədə turşusunun boğaza axması boğazda qıcıqlanmaya səbəb olur. Bəzi hallarda GERD olan uşaqlar xroniki boğaz ağrısı ilə qarşılaşır. Bu zaman həkim tərəfindən uşağın qidasında dəyişiklərin olması tövsiyə oluna bilər.
• Tonzillit
Çox vaxt viral və ya bakterial infeksiyalar nəticəsində uşaqda badamcıqların iltihabı boğaz ağrısı ilə nəticələnə bilər. Xroniki və ya təkrarlanan tonzillit uşağı davamlı narahat etdiyi və öz özünə həll olmadığı üçün həkim müalicəsi mütləqdir.
• İnfeksiyalar
Bəzən uşağın qulaqları və ya sinusları kimi yaxın bölgələrdə infeksiyalar olur ki, onlar da boğazdakı bu ağrıya səbəb olur.
• Səs telinin gərginliyi
Uşağın həddindən artıq qışqırması və ya küylü danışması onun səs tellərinin həddindən artıq gərginliyinə və boğaz ağrısına səbəb olur.
Uşaqlarda boğaz ağrısı simptomları
Boğaz ağrısının simptomlarını müəyyən etmək, əsas səbəbi anlamaq və müvafiq müalicə kursunu təyin etməyə imkan yaradır. Uşaqlarda bu ağrının simptomları fərqli olsa da, onun ümumi simptomlarına bunlar daxildir:
• Boğaz ağrısı və ya narahatlığı
Ən çox diqqət çəkən simptom adətən boğazda ağrı və ya narahatlıqdır. Kiçik uşaqlar bunu təsvir edə bilmədikləri üçün normada çox ağlayırlar və narahat olurlar, böyük uşaqlar isə boğaz ağrısını boğazda qıcıqlanma hissi kimi təsvir edə bilərlər.
• Udmaqda çətinlik
Uşaqlarda bu tip ağrı olan zaman uşaqlar udma zamanı çətinlik çəkirlər və ya ağrı hiss edirlər.
• Qırmızılıq və iltihab
Boğaz ağrıdıqda uşağın boğazında gözlə görülə bilən qızartı və iltihablı iy ola bilər. Bu adətən boğazın arxası, badəmciklər və uvulada şişmə ilə görülür və uşaqda qıcıqlanmaya səbəb olur.
• Qızdırma
Uşaqlarda bu ağrı onların bədən istiliyinin yüksəlməsinə səbəb ola bilir. Qızdırma infeksiyalara qarşı ümumi reaksiyadır və uşağın temperaturunun ölçülməsi xəstəliyin şiddətini qiymətləndirmək üçün vacibdir.
• Baş ağrısı
Uşaqların boğazı ağrıdıqda onlar baş ağrılarından şikayət edə bilərlər. Bu simptom viral infeksiyalarla əlaqəlidir və ümumi narahatlığa səbəb olur.
• Öskürək
Davamlı öskürək boğazdakı bu ağrının ən çox rastlanan simptomudur. Boğaz ağrısı zaman uşağın öskürməsi tnəffüs yollarını təmizləmək üçün bədənin təbii reaksiyasıdır.
• Burun axması
Boğaz ağrısına səbəb olan virus infeksiyaları tənəffüs sistemini əhatə edir və burun axması və ya tıxanma kimi simptomlara səbəb olur. Burun axmasına, soyuqdəymə və ya qrip hallarında daha çox rast gəlinir.
• Yorğunluq
Yorğunluq və ya letargik hiss, xüsusən də orqanizm infeksiyaya qarşı aktiv mübarizə aparan zaman ümumi bir simptomdur. Bərpa üçün adekvat istirahət vacibdir.
• İştahsızlıq
Boğaz ağrısı və onun səbəbilə udqunmaqda çətinlik uşaqda iştahın azalmasına səbəb olur ki, bu da onları zəiflədir.
• Səs dəyişiklikləri
Boğaz ağrısı olduqda onların səs tellərinin qıcıqlanması səbəbilə səsləri xırıltı olur.
Bu simptomlar uşaqlar arasında fərqli formalarda özünü göstərsə də, uşaqda yüksək hərarət, davamlı ağrı və ya tənəffüs çətinliyi kimi ciddi simptomlar varsa, uşağın rahatlığı üçün həkim müayinəsi vacibdir.
Uşaqlarda boğaz ağrısı diaqnozu
Boğazdakı bu ağrı əksər hallarda lazımi qayğı ilə aradan qaldırılan viral infeksiyalara aid edilə bilsə də, bəzi hallarda, xüsusən də streptococcus kimi bakteriyaların yaratdığı xəstəliklər, həkim müdaxiləsi tələb edir.
Uşaqlarda bu ağrının düzgün diaqnostik prosesi aşağıdakı addımlardan ibarətdir:
• Klinik qiymətləndirmə
Həkim uşağın simptomları, simptomların müddəti, son xəstəliklər barədə məlumatlar almaqla hansı problemin uşaqda boğaz ağrına səbəb olmasını aydınlaşdırmağa çalışır. Bu zaman boğazın, o cümlədən badamcıqların fiziki müayinəsi ilə qızartı, şişkinlik və hər hansı ağ ləkələrin olub-olmaması da həkim tərəfindən yoxlanılır.
• Strep boğaz testi
1. Rapid strep test. Bu test boğaz ağrısına səbəb olan A Qrupu Streptococcus bakteriyasının mövcudluğunu aşkar etmək üçün boğazın arxa hissəsinin silinməsi şəkilində götürülür. Nəticələr bir neçə dəqiqə ərzində əldə edilən bu test qısa müddətli diaqnozlarda effektivdir və antibiotik müalicəsi ilə bağlı operativ qərar qəbul etməyə kömək edir.
2. Virus testi. Viral infeksiyadan şübhələnilən hallarda, diaqnozun təsdiqlənməsi üçün xüsusi testlər aparılır. Virus testi uşaqlarda bu ağrıda müşahidə olunan atipik simptomları və ya qeyri-müəyyən simptomları müəyyənləşdirmək üçün istifadə olunur.
o Qan testləri
Uşağın ümumi sağlamlığını qiymətləndirmək və uşaqlarda boğaz ağrısına səbəb olan spesifik infeksiyalarla əlaqəli müəyyən antikorların və ya markerlərin mövcudluğunu yoxlamaq üçün qan testləri təyin olunur.
Valideynlərin müayinə zamanı bütün müvafiq məlumatları, o cümlədən uşağın simptomları, hər hansı son xəstəlikləri və ailənin tibbi tarixçəsini həkimə bilirmək vacibdir. Bu məlumat uşaqlarda boğaz ağrısına səbəb olan amilin dəqiq diaqnozuna və müvafiq müalicəsinin təyininə kömək edir.
Uşaqlarda boğaz ağrısının müalicəsi
Uşaqlarda bu ağrının müalicəsi əsas səbəbdən asılıdır. Viral infeksiyalar ev şəraitində aradan qalxsa da, , bakterial infeksiyaların səbəb olduğu uşaqdakı boğaz ağrısı xüsusi müdaxilələr tələb edir.
• Evdə müalicə üsulları
1. İstirahət və maye qəbulu. Uşağın bolca istirahət etməsini və yaxşı maye qəbul etməsini təmin edin. Kifayət qədər maye qəbulu boğazı sakitləşdirməyə kömək etməkdə boğaz ağrısının qarşısını alır.
2. Nəmləndirici. Quru məkanlarda havanı nəmləndirmələ uşağın boğazındakı quruluğu aradan qaldırmaq üçün uşaq otağında nəmləndiricidən istifadə edin.
3. İsti su ilə duzlu su qarqarası. Böyük uşaqlar üçün ilıq duzlu su qarqarası boğaz ağrısını sakitləşdirməyə yaxşı təsir edir. Qarqara zamanı uşağın duzlu suyu udmamasına və tamamilə tüpürdüyünə əmin olmaq lazımdır.
o Ağrı idarəetmə
Uşağın boğazını sakitləşdirmək və yumşaltmaq üçün isti su, bitki çayları kimi içkilər, həmçinin isti sulu qidalarla qidalanmaq olar. Lakin bu maye və qidaların çox isti olmamasına diqqət yetirilməlidir.
• Səs istirahəti
Uşaqda boğaz ağrısı səs telinin gərginliyi ilə əlaqədardırsa, uşağı səsini sakitləşdirməyə təşviq edin. Boğaz sağalana qədər həddindən artıq danışmamaq, qışqırmamaq bura daxildir.
Uşaqlarda boğaz ağrısı olduqda hər hansısa dərmanın istifadəsi isə yalnız həkim məsləhətilə qəbul edilməlidir. Ev şəraitində müalicəyə baxmayaraq əgər uşağın simptomları davam edərsə, ağırlaşarsa və ya xəstəliyin şiddəti ilə bağlı narahatlıqlar varsa, həkim müayinəsi mütləqdir.
Boğaz ağrısı zamanı İnteqrativ Təbabət yanaşması
İlkin olaraq əsl səbəb araşdırılır ki, boğaz ağrısı viral etiologiya, bakterial yoxsa allergik səbəbə bağlıdır.
Biotənzimləyici terapevtik preparat olan-oral və nazal spreylərdən istifadə olunur.
Streptokok infeksiya olarsa, müvafiq mikrobun apatogen formasından hazırlanmış haptenlərdən istifadə etməklə mikrobun patogenliyini azaltmaq, irinli-iltihabi proseso aradan götürmək olar. Həmçinin immundəstəkləyici mikrobioloji preparatlarla orqanizmdə güclü immun sistemini bərpa etmək mümkündür.
Aygün M
Medicina.az