Son günlər uşaqların qurd analizlərindən keçirilib, qurd aşkarlanması və qurd müalicəsinə maraq artıb. Valideynlər hər bir simptomda qurddan şübhələnir. Klinikalarda uşaqlardan ən çox qurda görə qan və nəcis analizi alınır.
Bioloji Təbabət klinikasının pediatr-helmentoloqu Sevinc Abdullayeva qurd və virusların müayinəsi üçün elekromanqnit dalğası göndərən xüsusi aparatlarla müayinə və müalicənin effektivliyindən danışdı.
"Elektromaqnit dalğaları qan və nəcis analizinə nisbətən daha doğrudur. Bilirsiz ki, qanda qurd invaziyalarının təyini çətindir, qurdun özü yox, antitelləri çıxır. Antitellərə əsasən də bir diaqnoz qoymaq mümkün olmur. Nəcisdə də görünməyə bilər, nəcis düzgün yığılmaya bilər, ya analiz verilən gün qurd nəcisdə olmaz. Üstəlik bəzi qurdlar öd yollarında, tənəffüs yollarında, qaraciyərdə olur ki, onlar da nəcislə tapılmır. Nəcis analizi 5 dəfə ardıcıl verilməlidir. Bu da qəbizliyi olan uşaqlarla mümkün deyil. Ona görə əksər hallarda verilən nəcis analizinin də cavabı düzgün olmur. Həmçinin bir qurdun yoxlanması üçü ayrı-ayrı analizlər tələb olunur. Bu da valideynlər üçün maddi baxımdan sərfəli deyil. Bizim təqdim etdiyimiz elektromaqnit daqnozla bir dəfə müayinə ilə həm qurdlar, həm viruslar, həm qurdlar, həm yumurtalar təyin olunur. Qurdu olan xəstələrdə yanaşı başqa problemlər də olur: disbakterioz, həzm pozğunluğu. Ona görə mütləq bağısaq florasını yoxlayırıq: orda göbələklər, viruslar, bakteriyalar olur. Ətrafli diaqnoz əldə etdikdən sonra müalicəyə başlayırıq. Elektromaqnit müayinəbə birbaşa dalğalar verib, aktiv-passiv elektrodların köməyilə ilə oxşar dalğanı alıram. Əgər dalğanı ala bilmirəmsə, deməli qurd var.
Digər aparatla isə qurda uyğun tezlikdə əks dalğaları verməklə müalicəyə başlayırıq. Bir neçə sensa tapılmış qurd və virusları öldürürük. Yanaşı olaraq dərman müalicəsi və pəhriz təyin olunur. Bü muayinə və müalicə 0 yaşdan başlayaraq aparıla bilir. Daha çox bizqurdlar, askarida və lyambliya geniş yayılıb”.
Həkim körpələrdə və uşaqlarda qurd və virus xəstəliklərinin, disbakteriozun yaranmasının səbəbini valideynlərin məsuliyyətsizliyində görür:
" Uşaqların gigiyena qaydalarına elə də ciddi yanaşılmır. Uşaq dəhlizdə ayaqqabını ağzına salır. Yuyulmamış meyvələr, düzgün bişməyən qidalar, çirkli əllər. Uşaqların qidalanma və yuxu rejimi düzgün deyil. Uşaq saat 10-dan artıq yuxuda olmalıdır. Amma indi körpələr valideynlərlə bir vaxtda yatır, gecə saat 12-1-2-ə kimi oyaq qalır, bu da uşaqların səhhətini zəiflədir.
Qurd daha çox zəif immunitetli və bağırsaq pozulması olan insanlarda artır. Uşağın immunitetindən də çox şey asılıdır. Hazırda uşaqlarda lyabliya da çox tapılır. Halbuki əvvəllər bu qurd nadir halda olardı. Daha ağırı isə lentvari qurdlardır. Sovurucu qurdları olan xəstələrdə kəskin allergik reaksiyalar gedir, xəstə üzülür, xəstələnir. Bu diaqnozun müalicəsi də bir uzun və çətin olur. Müalicə nəticəsində bu qurdlar hissə-hissə tökülür”.
Bioloji Təbabət klinikasında uşaqlarda istənilən qurd və viruslar dəqiqliklə tapılıb, xüsusi metod ve bioloji preparatlarla tam müalicə olunur.
Bizimlə əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Instagram: bioloji.tebabet
Oğlumun 8 yaşı var ,tez tez ürəkbulanma ,qusması olur . Lent qurdu olduğundan şüpelənirəm