Yeni bir araşdırma, erkən yaşda antibiotiklər verilmiş körpələrin və uşaqların standart peyvəndlərə daha az immun reaksiya göstərə biləcəyini aşkar etdi.
“Medicina” xəbər verir ki, bu antibiotiklərin peyvəndlərə cavab olaraq uşaqların infeksiyaya qarşı mübarizə aparan antikor istehsal etmə qabiliyyətini azalda biləcəyini göstərən ilk araşdırmadır.
Böyük elmi işçi, doktor Maykl Piçiçero bildirdi ki, indiyə qədər cavabda bu fərqlərin niyə olduğunu bilmirdik. Bəziləri bunun şans məsələsi olduğunu düşünürdü.
Poliomielit, qızılca, parotit və suçiçəyi kimi xəstəliklərə qarşı standart uşaqlıq peyvəndləri çox təsirlidir. Onları yaratmaq üçün immunitet sistemini mübarizə aparmağa öyrədən bakteriyanın canlı olmayan və ya zəifləmiş versiyası istifadə olunur.
Nəticədə, ümumi bir bakteriya ilə əlaqə yarandıqda, immunitet sistemi onunla necə mübarizə aparacağını bilir. Ancaq uzun müddətdir ki, immunitet reaksiyasının gücü uşaqlar arasında dəyişir.
Piçiçero bildirir ki, onun komandasının tapıntıları səbəbin antibiotik istifadəsi olduğunu sübut edib.
Dərmanlardan yalnız bakterial infeksiya təsdiqləndiyi və həkim müvafiq resept verdiyi halda istifadə etməyin vacibliyini vurğulayırlar.
Alimlər antibiotiklərin bu təsirini onunla əlaqələndirir ki, onlar təkcə patogen bakteriyaları deyil, həm də insan bağırsaqlarında yaşayan faydalı bakteriyaları məhv edirlər. Sonuncu, öz növbəsində, immun funksiyasında əsas rol oynayır.
Aygün Musayeva