Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlara kartof püresi verməyin! - Budur səbəbi

  • 2025.03.26 16:23
  • 636 Baxış
Uşaqlara kartof püresi verməyin! -  Budur səbəbi

Əlavə qidalara keçən uşaqlara kartof püresi verilir. Mütəxəssislərin fikrincə, kartof püresi körpələrə əlavə qida kimi verilməməlidir.



Medicina.az xəbər verir ki, 1 yaşından kiçik uşaqlara alerjenə səbəb ola biləcək qidalar verilməməlidir. Mütəxəssislər bildirirlər ki, nişastası yüksək olan kartof da bunların siyahısındadır.

Pediatr Elizaveta Dautova körpəsi olan ailələrə əlavə qida ilə bağlı xəbərdarlıq edib. Bəzi qidaların mütləq körpələrə verilməməsi lazım olduğunu deyən ekspert, xüsusilə kartof püresinə diqqət çəkib.



MEYVƏ VƏ TƏRƏZƏZ PÜRESİNİ VERƏ BİLƏRSİNİZ

"Körpəyə süd tərkibli olmayan körpə taxılları, tərəvəz və ya meyvə püresi verə bilərsiniz”, - deyən mütəxəssis pürelərdə şəkərin əlavə olunmasında diqqətli olmaq lazım olduğunu vurğulayır.

Onun sözlərinə görə, tərkibində şəkər əlavə olunan məhsullar bir yaşa qədər uşaqlara verilməməlidir.

Dautova, qidalara tədricən başlamağın və bədənin reaksiyasını diqqətlə izləməyin vacib olduğunu bildirib.

O, deyib ki, elə qidalar var ki, onları bir yaşa qədər uşaqlara vermək olmaz.

Mütəxəssis bunları bal, tam yağlı inək və keçi südü, beş yaşa qədər uşaqlar üçün çiy heyvan mənşəli məhsullar, göbələk, souslar, şəkər tərkibli içkilər, kofein, ev konservləri, bitki mənşəli südlər və tərkibində şəkər və duz olan məhsullar kimi sadalayıb.



KARTOF PÜRESİNDƏ DİQQƏTLİ OLUN!

Həkim onu ​​da əlavə edib ki, 1 yaşa qədər uşaqlara turşu və qızardılmış qidaların verilməsi məsləhət deyil.

Pediatr, uşağa yalnız bir yaşı tamam olanda evdə hazırlanmış kartof püresi verilməsini təklif edib.

Dautova bildirib ki, evdə hazırlanan pürelərə duz, şəkər, qaymaq, inək südü əlavə edilməməlidir.



Aygün
Medicina.az