3 yaşından kiçik uşaqların üzərində muncuq, təbii daşlardan boyunbağı və sırğa kimi əşyalar olmamalıdır.
Medicina.az xəbər verir ki, bu badərə Dos. Dr. Doğuş Çalışkan xəbərdarlıq edib.
Ankara Təhsil və Araşdırma Xəstəxanası Uşaq Cərrahiyyəsinin mütəxəssisi “AA” müxbirinə açıqlamasında körpələrə gözmuncuqları, bəzi dualar, şəfa olduğu düşünülən daşlar, boyunbağı və bilərziklərin taxıldığına diqqət çəkib.
“Bu əşyaları udan körpələr ciddi risklərlə üzləşirlər. Hətta bu kimi davranışlar ölümlə nəticələnə bilər. Ailələrə azyaşlı uşaqları mümkün qədər yad cisimlərdən uzaq tutmalarını tövsiyə edirik. Çünki uşaqlar yad cisimləri tanımaq üçün ağızlarına aparırlar. Udma nəticəsində bu əşyalar nəfəs borularına gedə bilir”, - deyə həkim qeyd edib.
Körpələrin bəzən yuyucu, təmizləyici vasitələri də içdiyinə diqqət çəkən mütəxəssis bunları söyləyib:
“Bu cür məhsullar ağzı bağlı qablaşdırmada saxlanmalıdır. Kilidi açılmış və ya açıq şəkildə satılan məhsullar almayın. Bəzən rəngsiz yuyucu vasitələr su şüşələrinə doldurulub saxlanılır. Bu, yolverilməzdir. Uşaqlar tapdıqları hər yeni şeyi sınamaq və dadmaq istəyirlər. Ailələr diqqətli olmalı və uşaqları bu cür təhlükələrdən uzaq tutmalıdırlar”.
Aysel