Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlara geyindirilən ortopedik ayaqqabılarla bağlı XƏBƏRDARLIQ - "Bu onlar üçün sadəcə ağır yükdür"

  • 2017.09.25 15:33
  • 28286 Baxış
Uşaqlara geyindirilən ortopedik ayaqqabılarla bağlı XƏBƏRDARLIQ  -  "Bu onlar üçün sadəcə ağır yükdür"
Uşaqlarda əsasən ilk 5 yaşa kimi yastıayaqlılıq (yəni ayaq taqının olmaması) normaldır. Bu, bəzi mənbələrdə hətta 9-10 yaşa kimi qeyd olunur. Bir çox valideynlər isə erkən yaşlarda, hətta uşaq gəzən kimi yastıayaq olduğunu görüb ya ortopedik ayaqqabılar alır, ya da bu növ ayaqqabı resepti yazan həkim tapana kimi bir çox ünvan gəzirlər. 


Pediatr Xəyalə Quliyeva məsələ ilə bağlı Medicina.az-a açıqlama verərək bunun əksinə tamamilə normal hal olduğunu ve heç bir müalicə gərəkdirmədiyini bildirib: "Bu kimi hallar müayinə zamanı aşkar olunduqda biz travmatoloqa yönləndiririk. Pediatrın ortopedik ayaqqabı yazması düzgün deyil. Bəzi məsləhətlər görə bilərik amma son olaraq qərarı travmatoloqlar verməlidir”.


Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, travmatoloq-ortoped Ramil Nəcəfov da Medicina.az-a danışıb. Ortopedik ağır ayaqqabıların uşaqlar üçün yalnız ağır yükdən ibarət olduğunu deyən R.Nəcəfov valideynlərə məsləhətlər verib: "Uşaqlar yay fəslində ayaqyalın gəzdirilsin, qum vannası qəbul etsin. Yaşı əgər bir qədər böyükdürsə (yəni 3-4 yaş aralığındadırsa) ev şəraitində kələ-kötür vasitələrdən – kiçik çay daşlarından istifadə edilməsi gərəkli ola bilər. Uşaqlarda bu yaşda görülən yastıayaqlılıq funksional olub heç bir xəstəlik anlamına gəlmir. Muasir tibdə artıq yastıayaqlılıq zamanı ortopedik ayaqqabıdan istifadə edilmir.

Bu növ ayaqqabı yastıayaqlılığı müalicə edə bilməz. Əksinə, bu, azyaşlıda narahatlıq hissi törədərək ayaq əzələlərinin inkişafını ləngidər. Bu isə eyni zamanda ayaq taqının formalaşmasına əngəl olar”.

 

Şəhanə Quliyeva
Uşaqlara geyindirilən ortopedik ayaqqabılarla bağlı XƏBƏRDARLIQ  -  "Bu onlar üçün sadəcə ağır yükdür"