Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlara adi sudan başqa heç nə verməyin - Professor

  • 2023.02.23 14:46
  • 2293 Baxış
Uşaqlara adi sudan başqa heç nə verməyin   - Professor

London qida mütəxəssisləri qrupu uşaqlar arasında yaranmış piylənmə epidemiyasının qarşısını almaq üçün içkilərə diqqəti çəkib.

Onların fikrincə, uşaq piylənməsində əsas məsuliyyət valideynlərin üzərindədir.
Uşaqları körpə yaşlardan adi, təmiz su içməyə alışdırmaq lazımdır.

“Medicina” xəbər verir ki,dietoloqlar sutkada ümumi qəbul edilən kalorinin yalnız 8-10%-nin şəkərdən ibarət ola biləcəyini deyib. Bu da bal, sirop, meyvə şirələri və şirin qidalardır. Hansı ki, istehsal zamanı artıq əlavə edilir.
Amma dünyada heç kim, nə böyüklər, nə uşaqlar bu normaya əməl etmir.

Sutkada az qala 20-30% şirin, şəkər tərkibli qidalar, içkilər qəbul edilir ki, bu da kalori miqdarını aşır.
Ailələrdə uşaqların önünə körpəlikdən şirin içkilər qoyulması adət halını alıb.

Professor Tom Sandersin fikrincə, valideynlərin uşaq sağlamlığında birinci addımı uşaqları suya öyrəşdirməkdir.

Meyvə şirələri, qazlı içkilər, müxtəlif uşaq qidaları boş kalorilərdir, heç bir qida dəyəri yoxdur, sadəcə fruktoza, qlükozadır.

Məhz şəkər, şirin içkilər uşaqlarda metobolizm pozulması, diabet və piylənməyə səbəb olur.
Şirin çay, şokoladlı içkilər, qazlı içkilər, uşaq siropları, müxtəlif jelelər, rəngli sular – sutkada cəmi 30 ml verilə bilər.
Uşaqların menyusunda nə qədər şirin olmasına fikir verin.

Aygün Musayeva