Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar üçün təbii antibiotiklər

  • 2022.09.29 17:47
  • 12091 Baxış
Uşaqlar üçün təbii antibiotiklər

Uşaqları qorumaq üçün antibiotik təsirli təbii vasitələr vermək olar.

Uşaq orqanizmi həssas olduğu üçün böyüklərin qəbul etdiyi bitkilər onlara uyğun olmaya bilər.

"Medicina" xəbər verir ki, uşaq nutrisioloqu Alisa Baseyeva aptek vasitələrinə alternativ təbii antibiotikləri sadalayıb.

"Bu vasitələr bağırsaq mikroflorasını pozmur, orqanizmin intoksikasiyasına səbəb olmur.

Ən effektivlərindən biri propolisdir.

Onda fitonosoidllər xəstəlik törədən mikroorqanizmləri məhv edir.

Eləcə də qreypfrut ekstraktı kəskin respirator, virus və infeksiyalarda, herpesdə təsirlidir.

Exinasiya kökü də viruslara qarşı güclü vasitədir. O bakteriya və göbələkləri də məhv edir.
Daha bir güclü antibiotik kolloid gümüşdür. Bu həm də antiseptikdir.

Gümüş 700dən çox mikoorqanizmi zərərsizləşdirir.

Bir də hamının bildiyi soğan, sarımsaq.

Amma uşaqlar üçün bunların hamısının dozası var. Onları dəqiqləşdirib vermək lazımdır"

Aygün Musayeva