Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar üçün pulsuz tibbi aksiya davam edir

  • 2023.06.02 17:02
  • 1789 Baxış
Uşaqlar üçün pulsuz tibbi aksiya davam edir
Səhiyyə Nazirliyinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də başlayan uşaqlar üçün müayinə aksiyası davam edir.



Bu barədə Bakupost.az -a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov bildirib.

O qeyd edib ki, “açıq qapı” aksiyası sabah da davam edəcək:

"Aksiya çərçivəsində şəhid və qazi övladları pulsuz müayinə olunurlar. Digər uşaqlar üçün isə pediatrik müayinə pulsuzdur".

Fərid Eyvazov qeyd edib ki, aksiyaya klinikanın 25 əməkdaşı cəlb olunub. Gün ərzində 150-200 qazi və şəhid övladına ödənişsiz tibbi xidmət göstərilir".

Klinika direktoru həmçinin, hər ay klinikada "Açıq qapı" günlərinin keçiriləcəyini və uşaqların ödənişsiz müayinə olunacağını bildirib.