İndoneziyada onlarla uşağın ölümündən sonra ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb.
"Medicina" xəbər verir ki,i öskürək və soyuqdəymə dərmanlarının son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildiriblər.
Bu dərmanların yerli istehsal, yoxsa xaricdən gətirildiyi məlum deyil.
Bildirilir ki, hazırda dərmanlara görə 200 uşaqda böyrək zədələnməsi hadisəsi aşkar edilib. Onların əksəriyyətinin yaşı beşdən aşağıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə siropu (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib. Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur.
Aygün Musayeva