Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar niyə yalan danışır? - 2 ciddi SƏBƏB

  • 2023.04.04 12:56
  • 1139 Baxış
Uşaqlar niyə yalan danışır? -  2 ciddi SƏBƏB
Bəzən uşaqlar oyunlarına rəng qatmaq, bəzən də gerçəkləşəcəyini ümid etdikləri xəyallar haqqında yalan danışır.

Lakin böyüdükcə həmin yalanların mənfi cəhətlərini də öyrənməyə başlayırlar. Təbii ki uşaqlar yalan danışmaq qabiliyyəti ilə doğulmurlar. Buna görə də həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək qabiliyyətləri inkişaf edir və müxtəlifləşir. Kifayət qədər diqqət göstərilməyən uşaq da yalan danışa bilər. Başqalarını təqlid etmək, çətinlik çəkdikləri situasiyaların öhdəsindən gəlmək və cəmiyyətdə qəbul olunmaq üçün də onlar yalana əl ata bilər.


Bəs, ümumiyyətlə, uşaqların yalan danışmasının səbəbi nədir? Yalan danışan uşağa necə yanaşmaq lazımdır?



Məsələ ilə bağlı psixoloq Kənan Rəhimov Bakupost.az -a açıqlama verib.


O bildirib ki, uşaqlarln yalan danışmağa başlaması valideyn-övlad münasibtlərindəki çatışmazlıqdan yaranır:


"Valideynin tənqidindən qorxan uşaqlar yalan danışmağa meyilli olur. Cəzadan qaçmaq üçün yalan danışmağa çalışır. Bununla da valideyn artıq uşaqda qorxu yaratmış olur. Fiziki cəzadan qorxmayacaq yaşa (16-18 yaş) gəldikdə isə ailə üzvlərinə qarşı üsyankar olur. Bu da münasibətlərin düzgün qurulmamasından irəli gəlir. Məsələn, bir uşağın idmanda böyük uğurları var. Məşqçisi ilə də yaxşı münasibətə sahibdir. Bu zaman həmin məşqçisinin məsləhətlərini dinləyir. Amma evdə atasına qarşı üsyankarlıq edir. Bu zaman həmin uşaqların gizli əhatəsi, qruplaşması olur. Belə uşaqlar alkoqolizmə, narkomaniyaya daha tez qurşanır. Bunun da səbəbi ailədaxili münasibətlər, konfliktlərdir".

Psixoloq insanları yalan danışmağa məcbur edən amillərə də diqqət çəkib:

“İnsanı yalan danışmağa vadar edən iki psixoloji motivator var. Bunlardan biri özünü olduğundan daha yaxşı göstərməkdir. Uşağın obyektiv fəaliyyəti yoxdursa, başqa uşaqlarla münasibətlərdə özünü fərqli göstərmək üçün yalan danışmağa başlayır. Özünü yalandan tərifləyir. Bu cəmiyyətimizdə yaranmış geniş psixoloji davranış modelidir. Məsələn, bir şəxs hansısa əşya alır. Ondan qiymətini soruşanda isə real qiyməti yox, şişirdilmiş qiyməti deyir. Digər motivator isə özünü təsdiq üçün yaranmış bir modeldir. Məsələn, bir şəxs ən bahalı mobil telefon, avtomobil almağa çalışır. Bu, tələbat deyil. Müasir dövrdə nəqliyyat vasitələri tələbatımızı yetərincə qarşılayır. Həmin şəxs sadə və ucuz modellərə də üz tuta bilərlər. Lakin özünü cəmiyyətdə təsdiq etmək üçün ən bahalısının almağa çalışır. Bunu da reallıqla yox, tələbatla əlaqələndirirlər. Uşaq böyüdükcə özü də görür ki, başqalarına şişirdilmiş məlumatlar verir. Bu ailə vəziyyəti, işi və özü haqqında ola bilər. Bu cür qurulmuş münasibətlər sona qədər getmir. Şiddətli mübahisələr yaranır, ailələr dağılır”.