Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar niyə onanizmlə məşğul olur? - Valideynlər nə etsin?

  • 2019.10.25 16:02
  • 39233 Baxış
Uşaqlar niyə onanizmlə məşğul olur? -  Valideynlər nə etsin?

Uşaqlarda anonizm normal fizioloji proses olub, onu cinsi inkişafının bir mərhələsi hesab olunur. Təəssüf ki, bir çox valideynlər bunu demək olar ki, böyük facicə kimi qəbul edir, bəzi hallarda isə uşaqlarını cəzalandırırlar. Bəs görəsən, onanizm nədir və valideynlərin buna münasibəti necə olmalıdır?


Meidicna.az psixoloq Turan Əliheydərovanın valideynləri qorxudan bu zərərli vərdiş barədə geniş açıqlamasını və məsləhətlərini təqdim edir.

 

  "Zərərli uşaq vərdişləri – bu, uşağın psixi və fiziki inkişafına neqativ təsir göstərən sarışan hərəkətlərdir. Uşağın istənilən pis vərdişləri ətrafdakılara, ələlxüsus da valideynlərdə onlara qarşı mübarizə aparmaq istəyi yaradır.  


Beləliklə, əgər uşağınızı anonizmlə məşğul olarkən görsəniz, ona qışqırmaq, döymək, bayılmaq lazım deyil.


Bu məsələ bir qədər səbr və düzgün yanaşaşma tələb edir. Çalışın övladınızın diqqətini sakit tərzdə, emosiyasız başqa səmtə yönəldəsiniz. Artıq uşaq sizinlə danışmağa hazır olduqda onunla gördüyünüz səhnəni müzakirə edin, qətiyyən danlamayın və ya qorxuzmayın. Uşağı sakitləşdirin və izah edin ki, bu, sizin ona qarşı olan sevginizi azaltmayacaq. Əgər siz mehribanlıq və qayğı nümayiş etdirsəniz, övladınızı tezliklə bu vərdişdən uzaqlaşdıra bilərsiniz.

 



Uşaqlar nəyə görə anonizmlə məşğul olurlar?


Əvvəlcə başa düşmək lazımdır ki, uşaq və böyüklərdə anonizm fəqrqli xarkterlidir. Praktiki olaraq, bütün uşaqlar bu mərhələni keçirlər. Bəzilərində anonizm əlamətləri artıq 5-6 aylığında başlayır – uşaq gözlənilmədən gərilir, qızarır, daha sonra sakitləşir.


Daha yuxarı yaşlarda belə problemlər qəbizlikdən yarnır – bu zaman gərginlik cinsi orqanlara ötürülür, daha sonra təbii boşalma baş verir və uşaq xoş təəssüratlar yaşamaq üçün üsullar axtarmağa başlayır. Özü-özlüyündə vücudun bu cür tədqiq olunması patologiya hesab olunmur. Burada söhbət daha çox bu prosesə valideynlərin münasibətindən gedir. Anonizmlə məşğul olan uşağı gördükdə valideyn ona başa salır ki o, pis işlə məşğul olur və belə çıxır ki, uşaq özü də pisdir.  


Əgər onanizm gizli və qeyri-sistematik xarakter daşıyırsa, bu, çox güman ki, oyundur, öz vücudun öyrənilməsidir. Uşaq onanizmlə açıq şəkildə və sistematik məşğul olursa, bunun səbələri daha dərindir.

 

Anonizmin inkişaf etməsində başlıca psixoloji səbəb bir qayda olaraq, valideynlərin emosional soyuqluğu və yaxud da uşaqda özünü lazımsızlıq hissinin yaranmasıdır. Belə vəziyyətdə o, müsbət emosiyalar mənbəyi axtarmağa başlayır – öz vücudu, anonizm, barmağın sorulması və s. Burada daha bir məqama da diqqət yetirmək lazımdır. Bəzən valideynlər uşağa ifrat dərəcədə nəvaziş göstərirlər ki, bu da xoşagəlməz nəticələr verə bilər.


Ailənin tək uşaqları qey olunan məsələ ilə bağlı dahə həssasdırlar. Onların ünsiyyətdə olmaq üçün bacı və qaqrdaşları yoxdur. Bu zaman onlar valideynlər əhval-ruhiyyəsindən asılı vəziyyətə düşürlər. Əhval-ruhiyyə isə dəyişkəndir və bu da öz əksini uşaqda tapır. Əgər uşaq aktiv temperamentə malikdirsə, o, hisslərini ifadə etmək üçün dərhal özünə yeni mənbələr axtarmağa başlayır.


Uşaqların zorla yedizdirilməsi anonizm vərdişinin yaranmasına səbəb ola bilər. Valideynlər lazım olmayan, xüsusən də uşağın xoşuna gəlməyən qidanı ona yedizdirdikdə o, zövq almır. Bu zaman orqanizmin ən həssas nahiyəsi işə düşür. Bu isə reflektor olaraq, dodaq və ağızın selikli qişasıdır, lakin digər həssas – genital nahiyə ilə əlaqədardır. Əgər ağız nahiyəsi "susursa”, bu zaman genital zona oyanır və uşağı narahat edir. O, cinsiyyət orqanlarına toxunmağa başlayır və oyanıqlığın azalmasını hiss edir. Siz uşağı zorla yedizdirir, o isə oyanıqlığını azaltmağa davam edir. Bu vərdiş uzun müddətlik oturuşur.


Uşaqların cinsiyyət orqanları gigiyenik qaydalara düzgün əməl olunmadıqda və ya bu qaydalara ifrat dərəcədə  əməl olunduqda qıcıqlanma yaranır. Bunlar da, həmçinin spesifik hisslər yaradır.    


İstənilən halda, onanizm əsəb gərginliyinin aradan qaldırılmasına xidmət göstərir. Və əgər bu, uşağınızda müşahidə olunarsa, gərginlik və narahatlığın səbəbini tapmaq lazımdır.

 

Valideynlər nə etməlidir? 


Uşağınızda onazim vərdişini tərgitdmək üçün valideynlərə aşağıdakı tədbirlər tövsiyə olunur:


Səbəbi tapıb, aradan qaldırın;



  • Uşağı danlamayın, qorxuzmayın, xüsusən də kənar adamların yanında;

  • Uşağı zorla yedizdirməyin;

  • Sərbəst alt paltarları geyindirin;

  • Uşağın tez  yuxuya getməsini diqqətdə saxlayın;

  • Uşaqlarınıza nəvaziş göstərin, onları sevin və başa düşün!

  • Əgər problem dərinləşərsə, psixoloq və uşaq nevroloquna mürciət edin.


 

 

 
Uşaqlar niyə onanizmlə məşğul olur? -  Valideynlər nə etsin?
Uşaqlar niyə onanizmlə məşğul olur? -  Valideynlər nə etsin?