Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar mutasiyaların əsas daşıyıcısı ola bilər - Araşdırma

  • 2021.05.28 11:21
  • 1327 Baxış
Uşaqlar mutasiyaların əsas daşıyıcısı ola bilər -  Araşdırma
ABŞ-da Los Anceles Uşaq xəstəxanası tərəfindən aparılan araşdırmaya görə, 12 yaşından kiçik uşaqlar İngiltərə və Kaliforniyadakı variantlarının dəşıyıcıları ola bilər.

Medicina.az həmin araşdırmanı təqdim edir:

2 MİNDƏN ÇOX GƏNC VƏ UŞAQ ÜZƏRİNDƏ ARAŞDIRMA APARILDI


Araşdırmada mart 2020-dən aprel 2021-ə qədər 9 uşaq xəstəxanasındakı 18 yaşlı və ya daha gənc ümumi 2 min 119 kovid-19 xəstə koronavirusun qorxunc mutasiyaları üçün test edilib.

Araşdırmanın mütəxəssisi Jennifer Dien Bard "18 yaş və aşağı uşaq və gənclərdə önəmli mutasiyaların 560-nı aşkarladıq. Bunlar koronavirus vaksinləri üçün uyğun olmayan 12 yaşdan aşağı uşaqlarda yaranır”, - deyə əlavə edib.

UŞAQLAR MÜTƏMADİ YOXLANILMALIDIR

Mütəxəssislər nəticələrin uşaq xəstələrdə qorxunc variantlarının ortaya çıxmasının "açıq sübut”u olduğunu bildiriblər.
12 yaşdan kiçik qrupların pandemiyanı sona çatdırmağın açarı olacağını deyən mütəxəssislər uşaqların hər zaman yoxlanılmalı olduğunu bildiriblər.

UŞAQLARDA YOLUXDURUCULUQ DÖVRÜ UZUN MÜDDƏT DAVAM EDİR

Digər tərəfdən Los Ancelesdəki Uşaq xəstəxanasının araşdırmaçıları uşaq və gənclərin ilk kovid-19 simptomlarını göstərdiklərindən təxminən 10 gün sonra yoluxdurucu olduğunu qeyd ediblər.

Dien Bard xəstələrin bu qədər uzun müddət aktiv simptomlarla infeksiyalara sahib olmasının önəmli olduğunu deyib.
Eyni zamanda, koronavirusun ayda bir və ya iki dəfə mutasiyaya uğradığını, bunun mutasiya haqqındakı narahatlıqları artdırdığını açıqladı.