Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Uşaqlar, hamilə qadınlar və yaşlılar diqqətli olsun” - Baş epidemioloq qripin artdığını təsdiqlədi

  • 2019.02.19 22:29
  • 7285 Baxış
“Uşaqlar, hamilə qadınlar və yaşlılar diqqətli olsun” -  Baş epidemioloq qripin artdığını təsdiqlədi
 


Son vaxtlar ölkədə əhali arasında qriplə xəstələnmələrin sayı artıb

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) isə Azərbaycanda daha 17 nəfərdə A (H1 N1) virusunun aşkarlanması ilə bağlı məlumat yayıb.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev məsələ ilə bağlı Modern.az-a epidemioloji vəziyyətin nəzarətdə olduğunu açıqlayıb. Baş epidemioloq vətəndaşları qalın paltarlar geyinməyə səsləyib:


"Əvvəl olduğu kimi, indi də heç bir təhlükə yoxdur. Sadəcə mövsümi qrip olduğu üçün xəstələnmələrin sayı artıb. İnsanlar özlərini qorumalıdırlar. Havaların soyuması ilə əlaqədar olaraq xahiş edirəm ki, əhali üst geyimlərini qalın etsin. Xəstəlik halı baş verdikdə, mütləq şəkildə maskadan istifadə eləsinlər. Evdə xəstə varsa, mütləq digər şəxslərdən təcrid olunmalıdır. Əlavə otaq yoxdursa, mütləq pərdə çəkilməlidir. Xəstənin qab-qaşığı qaynar su ilə, müxtəlif dezinfeksatorlarla yuyulmalıdır. Yaxşı olar ki, xəstələrə qulluq edənlər də onların qab-qaşığından istifadə etməsinlər”.


İ.Ağayev xəsətlənmə halında həkimə müraciət etməyin vacibliyini vurğulayıb:


"Xəstələr mütləq həkimə müraciət etsinlər. Əgər səhiyyə müəssisəsinə getməyə imkanları yoxdursa, sahə həkimini evə çağırsınlar. Sahə həkiminin verdiyi təyinata riayət etmək lazımdır. Həkim təyinatı olmadan, iynə-dərman qəbul etmək olmaz. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar daha diqqətli olmalıdırlar. Yeganə və ən əsas qorunma da insanın öz sağlamlığının qeydinə qalmasıdır. Aptekə qaçıb, həkim təyinatı olmadan antibiotik almasınlar. Səhiyyə Nazirliyinin bütün tibb müəssisləri əhalinin xidmətindədir. Respublika Taun Əleyhinə Stansiyanın nəzdində dünya standartlarına cavab verən laboratoriya var. Hansı ki, digər dövlətlər bizə həsəd apara bilər. Heç bir xəstə, heç bir insan bilə bilməz ki, o hansı virusla xəstələnib. Xəstəlik  yalnız laboratoriya üsulu ilə müəyyənləşdirilə bilər. Əgər hər hansı bir insan xəstəliyilə bağlı şübhələnirsə, poliknikalara, xəstəxanalara müarciət edə bilər. Xəstəliyi müəyyən etmək üçün boğazdan yaxma götürülür və laboratoriyada müayinə olunur. Müayinə nəticələri bəlli olandan sonra insanda hansı virusun olduğu müəyyənləşir”.


Nazirlik rəsmisi qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qriplə xəstələnmə hallarının olması normaldır:


"Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da az-az qrip virusuna yoluxmuş insanlar var, bundan sonra da olacaq. Ümumilikdə qriplərin 3 tipi var: A, B, C.


Avropa ölkələrində 56,8 faiz A (H1 N1) viruslu xəstələr var, qalan hissələri "B” və "C” virusuna yoluxmuşlardır.  


Ölkəmizdə isə qrip xəstəliyi epidemioloji həddi aşmadığı üçün narahatlığa heç bir əsas yoxdur. "Donuz qripi” deyə bir xəstəlik olmadığı üçün isə qətiyyən qorxmayın”.