Nyu-York universitetinin alimləri ananın doğum vaxtı, ayı ilə uşaqların dünyaya gəlməsi arasında bağlılıq olduğunu görüblər.
“Medicina” xəbər verir ki, Madrid və amerika alimləri İspaniya və Fransada 5 il ərzində 10 milyon doğum faktını təhlil edib.
Nəticələr göstərib ki, yanvarda doğulan qadınların uşaqları çox vaxt ilin əvvəli, yanvarda, fevralda doğulub, fevral qadınlarının uşağı fevralda, mart analarınınkı martda doğulub.
Beləliklə, 10 milyon qadının 8%-də analarla uşaqların doğum ayı üst-üstə düşüb.
Maraqlısı odur ki, sonradan ailədə bacı-qardaşların doğum tarixi də üst-üstə düşüb. Bu tezlik 12% təşkil edib.
Aygün Musayeva