Uşaqların öz cinsiyyət üzvlərini kəşf etməsi adətən 3-6 yaşda başlayır. Buna onanizmlər (masturbasiya) deyilir. Amma daha erkən zamanlarda da bu baş verə bilər. Bu, uşağın öz cinsi orqanı ilə oynaması, onu sığallaması və s. şəklində özünü göstərir. Uşaqlar öz cinsiyyət üzvlərini kəşf edən andan başlayaraq hərdən onunla oynamağa cəhd göstərir. Bu əslində normal cinsi inkişafın göstəricisi hesab edilə bilər. Lakin bəzi valideynlər bundan narahatlıq keçirir.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə, bu hal adət halını alırsa, uşaq ətraf mühitdən təcrid olunaraq yalnız bu hərəkəti etməyə başlayırsa, oyunlar oynamaq əvəzinə yalnız cinsiyyət üzvü ilə oynayırsa, bu, artıq normadan çıxma halına gəlmiş olur.
Bu nədən qaynaqlanır?
X. Quliyeva mövcud vəziyyətin səbəblərini açıqlayıb:
-Övladınıza yetərincə diqqət etmirsiniz
-Ailəyə yeni körpə gəlib
-Ata və ana və ya evdə olan böyüklər arasında daimi münaqişə, mübahisələr
-Uşağın əhatəsində onun mrağını çəkən bir şeyin olmaması
-Uşağın özünü güvəndə hiss etməməsi.
Bəs bu halda nə etməli?
"Əvvəlcə uşağın cinsiyyət orqanında hər hansı qaşınma qızartı və ya başqa narahatlıq olmadığından əmin olmaq lazımdır. Övladınıza həmin an qışqırmayın. Qorxutmaq lazım deyil, bu, vəziyyəti daha da kəskinləşə bilər. Övladınızın özünü güvəndə hiss etməsinə şərait yaradın. Sevgi və diqqəti artırın. Bu hərəkəti kimsənin görmədiyi yerdə etmək lazım olduğunu amma məsləhət bilmədiniyinizi söyləyin”, -deyə pediatr qeyd edib.
Şəhanə Quliyeva
Salam men oglum 9 ayliqdi penisinin uzeri qarnına geted hisse sisib berkiyib o neden ola biler
Abbasova
Salam menim oglumun 5 yasi var cinsi isteyi coxdur ve bu meni cox narahat edir ne etmeliyem?
Salam qızımın 12 yaşı var , aybaşı olur ancaq çox şiddətli ağrıları olur və bu vaxtlarda qızım həryeri qırıb dağıdır soruşuram , deyir partdıyıram öldürür da həryerim zad . Bir iki dəfə özümdə baxmışam anası olaraq bəlkə nəsə problemi var və yaxud heçbir problemi yoxdur. Spazmalqon veririk yarısını sakitləşir agrısı qanı gəlir sora yatır. 2,3 gün bele olur
Uwaqin 5 yasi var cinsiyyet orqanin uc hissei qizarir agri verir ne elemey olar
Mən birinci defedi oğlum olur ilk övladım qızdı usaqın 13 aylıqdı amma cisiyyet uzvü durmur sizcə bu normaldımı
2 yas qizimda qadinliq hissesinde qizarti var sidiye gedemde mohkem yandirir neden ola biler?
Salam 3 yasinda qizim var divanin ustune,balincin ustune her hansi dik bi seylerin usdune cixib surtunur ne qeder eleyirem o hereketinj tergitmir mualice falanda eletdirmisik olmur caresi nedi bunun?
Oğlumun 2 yaş + 10 aylğd büyun seher yuxudan durdu üzür isdirem bir tərəfi şişib cinsiyet orqanın qarına terf heç bir ağrı heçnə yoxdu hərşey normald andan gelme böyrək genşilnmesi var malice etririk yaxşıd hərşey Alhamdulileh niye bir gecede şişsin çox qorxuram qirja ola bilər,?
Övladım anal dəlik hissəsini qaşıyır hətta ağlıyır o nədən ola bilər
Salam.3 yasli oglumda tez-tez elini cinsiyyət orqanina apardigini musahide edirem. Sorusduqda qasinir dese de hec bir sepki yoxdur. Sebebi ne ola biler?