“Uşaqların dispanserizasiyası zamanı ixtisaslaşmış həkim müayinəsi olur. Müşahidələr göstərir ki, uşaqlar arasında ən çox tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edir”.
Medicina.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.
Onun sözlərinə görə, bundan əlavə, uşaqlar arasında göz xəstəlikləri, infeksion-parazitar, qurd invaziyalar, skalioz, kifoz, həzm sistemi problemlərinə də çox rast gəlinir:
Şəbnəm Şahgəldiyeva qeyd edib ki, hər bir uşaq üçün eyni şərait yaradılıb:
““Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci il Dövlət proqramı” təxminən 0-18 yaş arasında 2 milyon yarımdan çox uşağı əhatə edir. Dövlət proqramı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və sığınacaqlarda məskunlaşmış, sağlamlıq imkanları məhdud və ya cəzaçəkmə müəssisələrində olan uşaqları da əhatə edir”.
TƏBİB-in məsləhətçisi deyib ki, uşaqların icbari dispanserizasiyası xidməti də artıq icbari tibbi sığorta ilə qarşılanır:
"Dispanserizasiyası çərçivəsində aparılan müayinələr tam ödənişsizdir. Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan internat və ya internat tipli müəssisələrdə yerləşdirilən uşaqların müayinəsi ötən illər ərzində Dövlət proqramının icrası əsasında səyyar briqadalar tərəfindən aparılıb. Yerlərdə uşaqlara dərin tibbi baxışlar keçirilib. Hazırda dispanserizasiya tədbirləri çərçivəsində mütəşəkkil quruplar arasında, yəni, məktəb və bağçalarda da yerində müayinələr aparılır. Buna yanvar ayından başlanıb. İxtisaslı həkimlərimiz tərəfindən uşaqlar yerində müayinə edilir". /apa.az/