Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar arasında "Strep A" infeksiyası yayılır

  • 2022.12.20 15:46
  • 3785 Baxış
Uşaqlar arasında  "Strep A" infeksiyası yayılır


Hollandiyada koronavirus epidemiyasından sonra uşaqlarda ağır streptokok (Strep A) infeksiyasına yoluxma hallarının sayı sürətlə artır.

"Medicina" xəbər "Strep A" bakteriyası 5 uşağın ölümünə səbəb olub.

Xəstəliyin simptomlarına boğazda ağrı, ağ ləkələrlə birlikdə badamcıqların şişməsi, boyun vəzilərinin şişməsi və yüksək hərarət daxildir.

Bakteriyalar bəzən qan zəhərlənməsi, pnevmoniya, dərialtı infeksiya və ya sümük infeksiyası kimi ciddi nəticələrə səbəb ola bilər.

Hollandiyadakı 7 uşaq xəstəxanasının birgə araşdırmasına görə, bu ilin əvvəlindən "Strep A" bakteriyasına görə xəstəxanaya yerləşdirilən uşaqların sayı kəskin artıb.


Mütəxəssislərin sözlərinə görə, xəstəlik 2018-ci ildə cəmi 2 nəfərdə aşkar edilsə də, 2019-cu ilin ikinci rübündə bu rəqəm 9-a yüksəlib. İlin ikinci rübündə 28 uşaq ağır inflyasiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 5-i ölüb.