Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar aclıqla susuzluğu qarışdırır – Pediatr

  • 2023.02.27 16:01
  • 1861 Baxış
Uşaqlar aclıqla susuzluğu qarışdırır  – Pediatr
Uşaqlarda prediabet, artıq çəki, piylənmə yaranmaması üçün, onların sağlam qidalanmasına körpəlikdən nəzarət etmək lazımdır.


Gündə 3 - 4 dəfə qəbul olan qidalar nutritiv olmalıdır. Uşaq orqanizminin sağlam böyüməsi üçün yeməklərin tərkibində kifayət qədər zülal, karbohidrat və yağlar olmalıdır.

Ara yeməklərdə meyvə , tərəvəz ,kəsmikdən istifadə olunmalıdır. Həmçinin bol su içməyi də unutmamalıyıq.


“Medicina” xəbər verir ki, həkim pediatr Lalə Sadıqzadə uşaqların düzgün və sağlam qidalanmasının qaydalarını açıqlayıb.

“Boyüklər adətən 2-3 dəfə qidalansa da uşaqalr tam tərsidir. Uşaqların səhər yeməyi vacibdir. Uşaqlar az porsiyalarla gün ərzində 4-5 dəfə qidalanmalıdır. Əgər qidalanmasalar atışdırmalara meyilli olacaqlar. Uşaqların su içməyinə xüsusi nəzarət olunmalıdır. Onlar aclıqla susuzluğu qarışdıra bilərlər. Nəticədə dehidratasiya ola bilər. Bu da mənfi haldır.

Bunun üçün uşaqlarda daima su qabı olmalıdır. Su içilməsinə valideyin nəzarət etməlidir”.

Günay Quliyeva