Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqda qurdun olmasının əsəblə əlaqəsi varmı? - Qurdla sinir pozğunluğunu necə ayırd etməli

  • 2017.12.27 15:01
  • 38403 Baxış
Uşaqda qurdun olmasının əsəblə əlaqəsi varmı? -  Qurdla sinir pozğunluğunu necə ayırd etməli
"UŞAQLARA ƏSƏBİDİR DEYƏ ÖZBAŞINA QURD DƏRMANLARI VERMƏK OLMAZ”


Çox zaman valideynlər, nənə-babalar əsəbi körpə uşaqlara dərhal "qurdu var” diaqnozu qoyub, analizlərə aparır, qurd təmizləyən dərmanlara əl atırlar.


Əsəb, sinir, hiperaktivlik həqiqətənmi uşaqda qurd və parazitlərdən qaynaqlanır?


Bu barədə Medicina.az-a Bioloji təbabət klinikasının uşaq nevroloqu Röyalə Quluzadə danışaraq bildirib ki,bəzən sinir pozulması qurd xəstəlikləri ilə səhv salınır.  


"Qurd və əsəb ayrılıqda iki fərqli problemlərdir. Bəzən qurd invaziyası hallarında qurdların, parazitlərin orqanizmə tökdüyü toksinlər sinir sistemini qıcıqlandırır. Bu da uşaqlarda mədə-bağırsaq problemləri ilə yanaşı, əsəbilik, aqressiya, yuxu pozğunluğu yarada bilər. Amma hər əsəbilik və yuxusuzluq qurdla bağlı deyil. Düşünürəm ki, müasir dövrdə qurd problemi azalıb. Çünki qurd profilaktikası və müalicəsi tez-tez aparılır. Amma diaqnostikası azalmır. Çünki valideynlər uşaqların qurdunu yoxlamağa çox meyillidir. Bağçaya və məktəbə gedən uşaqları ildə 1-2 dəfə müayinə etdirmək kifayətdir. Vacib məqam uşağın gigiyenasına, yeməyinin təmizliyinə diqqət yetirilməkdir. Əsəbi olmağın 100 səbəbi var, bu səbəbi tapmaq lazımdır ”.

 



Həkim uşaqda qurd olmasının əlamətlərini sadalayıb:


"Qurd problemi olan uşaqlarda əsas problemlər mədə-bağırsaq sistemində biruzə verir:


-Ya uşaq qəbiz olur, ya da ishal başlayır


-Göbək ətrafında sancı, ağrı


-Ürəkbulanma


-Bəzi uşaqlarda allergik fonda bədəndə səpki


-Bəzilərində boğulma tutmaları ola bilər


-Gecə yuxuda bruksizm – diş qıcaması, ağızdan selik ifrazı. Amma hər ağızdan su axma da qurd demək deyil. Burun adenoidləri şişəndə də uşaqlar ağzı açıq yatır və ağzından su axır. Boğazında qlandalar böyük olan uşaqlarda da ağız suyu çox axır.


Bioloji Təbabət klinikasında həm qurd xəstəliklərinin, həm sinir pozğunluğu və hiperaktivlik sindromunun bioloji preparatlarla düzgün və  ziyansız müalicəsi həyata keçirilir. Hazırda uşaqlarda diqqət yayınması problemi çoxalıb. Əgər vaxtında uşağa biotənzimləyici müalicə başlanılsa, heç kimyəvi dərman müalicəsinə ehtiyac qalmır. Kimyəvi nevroloji dərmanlar bilirik ki, çox ağır dərmanlardır. Hər əsəbi uşağa  kimyəvi dərmanlar vermək də düzgün deyil, əlavə təsiri olur. Bioloji tənzimləyici müalicə orqanizmə yaxın, təbii üsulları seçərək pasiyenti müalicə etməkdir. Bioloji  dərmanların fərqi ondadır, tərkibində heç bir kimyəvi molekul yoxdur, təbiətdən qaynaqlanır, təkcə bitkilərdən deyil, vitamin, mikroelementlərdən, turşulardan ibarətdir. Və bu təbii maddələr bioloji preparatların tərkibində kiçik dozadadır. Biotənzimləyici dərmanlar orqanizmi təmizləyir, bununla da orqanizm özünü bərpaya başlayır. Uşaqların immun sistemini gücləndirir, orqanları bərpa edir. Bu preparat və üsullarla biz uşaqlarda ən müxtəlif xəstəliklərdə - hətta serebral iflicdə də uğurlu effektlər almışıq. Valideynlərdən bir xahişimiz var ki, uşaqların gələcəyini düşünərək 1-5 yaş arası uşaqların müalicəsində gecikməsinlər, vaxtında bioloji tənzimləyici müalicələrdən keçsinlər. Valideynlərin ən birinci səhvi odur ki, çox həkimə gedirlər, həkimləri tez-tez dəyişirlər. Uşağın müalicəsindən çox həkimlərə pul xərclənir. Ona görə vaxtında, bir həkimə müraciət edib, müalicəni davamlı almaq daha düzgündür”.

Uşaqda qurdun olmasının əsəblə əlaqəsi varmı? -  Qurdla sinir pozğunluğunu necə ayırd etməli