Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqda qıcolma 2 dəfədən çox təkrarlanarsa... - XƏBƏRDARLIQ

  • 2018.02.22 17:15
  • 38531 Baxış
Uşaqda qıcolma 2 dəfədən çox təkrarlanarsa... -  XƏBƏRDARLIQ
Valideynlər üçün uşaqlarının sağlamlığı dünyadaki hər şeydən öncə gəlir. Hər kəs övladının sağlam böyüməsini istəyir. Təbii ki, biz hər nə qədər çalışsaq da, onlar müəyyən xəstəliklərə yoluxur, səhhətində hansısa problemlər yaşayırlar. Xüsusilə də azyaşlı uşaqlar arasında qızdırma hallarına çox rast gəlinir. Uşaq qızdırdıqda hansısa dərman preparatları verir, yaxud təbii üsullarla temperaturu aşağı salmağa çalışırıq. Əksər hallarda qızdırma uşaqda heç bir fəsad yaratmır, amma bəzən onda qızdırma nəticəsində qıcolmalar baş verir. Mütəxəssislər isə bu kimi hallarda valideynləri diqqətli olmağa çağırır.



Medicina.az xəbər verir ki, Nevroloq Rima İbadova Ailem.az-a bildirir ki, qızdırmadan olan qıcolmalar (febril) çox zaman təhlukəsiz sayılır: "Amma valideyinlər diqqətli olmalıdırlar. Bu kimi hallarda müəyyən əlamətlərə fikir verməlidirlər. Məsələn, əgər qıcolma 3 aydan erkən və ya 3 yaşdan gec, temperatur 37,5-ə qədər olarsa, fikir vermək lazımdır. Həmçinin sutkada 2 və daha çox təkrarlanarsa, müddəti uzun sürərsə, fokal nevroloji defisit qoyarsa, ailədə epilepsiya hekayəsi varsa, bu hallarda qıcolmalar daha ciddi səbəblərdən qaynaqlana və gələcəkdə epilepsiya xəstəliyinə keçə bilər”.

 


R. İbadova vurğulayır ki, xüsusən tez-tez febril qıcolma keçirən uşaqlar risk altındadır: "Onların gələcəkdə mezial temporal skleroza bağlı davamlı qıcolma keçirmə riski yüksəkdir. Həmçinin ağır epileptik ensefalopatiya olan Drawet sindromunun da ilk olaraq febril qıcolma ilə başlandığını yadda saxlamaq lazımdır”.


 

Nevroloq qeyd edir ki, bəzən valideynlər febril qıcolma ilə digər halları səhv sala bilərlər. Daha çox səhv salına bilən hallar aşağıdakilərdir:


 

Riqor  - Yüksək temperatur fonunda huşun itməməsi ilə paroksizmal titrəmələr və ya əzələ spazmlarıdır, daha çox bakteremiya ilə bağlıdır.

 


Refleks anoksik ataklar - Yüksək temperaturdan olan ani bayılmalar (vaqal senkope)


 


İstənilən halda febril qıcolmanın təhlükəsi ilə bağlı qərarı həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.