Autizm uşaqlarda erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət zamanı problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan hərəkətlərlə müşayiət olunan ümumi inkişaf geriliyidir.
Medicina. az uşaqda autizmin əlamətlərini təqdim edir:
∙ Göz təması məhduddur və ya yoxdur.
∙ Ətrafa laqeyddir.
∙ Adına reaksiya vermir.
∙ Çox hərəkətli və ya hərəkətsiz olur.
∙ Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir.
∙ Əksər hallarda insanlara deyil, cansız varlıqlara meyilli olur.
∙ İstədiyi şeyi barmağı ilə göstərmir.
∙ Oyuncaqlarla oynamağı bacarmır.
∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından geridə qalır.
∙ Gözləri bir səmtə zillənib qalır.
∙ Yemək yemə problemləri olur.
∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır.
Övladınızda bu əlamətlər müşahidə olunursa, mütləq tibbi-psixoloji məsləhət üçün həkimə və ya psixoloqa müraciət etmək lazımdır.
Aygün Musayeva