Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaq yıxıldı, toxuma mili qarnına batdı - Azərbaycanda/ FOTOLAR

  • 2018.02.23 12:31
  • 13665 Baxış
Uşaq yıxıldı, toxuma mili qarnına batdı -  Azərbaycanda/ FOTOLAR
Azərbaycanda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.


Medicina.az xəbər verir ki, körpə toxumaq üçün istifadə olunan milin üstünə yıxılıb və mil onun göbəyindən yuxarı hissəyə batıb. 


Uşaq xəstəxanaya çatdırılıb. Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov azyaşlını müayinə etdikdən sonra onu təcili əməliyyata alıb. 


"Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük.


Mili çıxardıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq”, - deyə F. Hüseynov qeyd edib.


Uşaq 2 gün sonra xəstəxanadan evə buraxılıb.


Op.Dr.Fuad Hüseynov Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı adlı şəxsin şəkli.

Op.Dr.Fuad Hüseynov Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı adlı şəxsin şəkli.